CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Payızın 37-ci anı" - Vətən müharibəsinin xronikası

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev, arxiv şəkli
Prezident İlham Əliyev, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.11.2022
Abunə olmaq
Azərbaycanın işğal altında olan Qarabağ bölgəsində qurulan qondarma "Dağlıq Qarabağ Respublikası"nın "Müdafiə nazirinin müavini" Artur Sarkisyan zərərsizləşdirilib.
BAKI, 2 noyabr - Sputnik. İki il əvvəl, 2020-ci ilin noyabrın 2-də - Vətən müharibəsinin 37-ci günü ərzində cəbhədə baş verənləri bir daha nəzərdən keçirək. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri ötən il noyabrın 2-də Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən bölmələrimizin mövqelərini minaatan və atıcı silahlardan atəşə tutub.
Noyabrın 2-si saat 00:30-dan 02:25-dək cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 4 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi bölmələrimiz tərəfindən məhv edilib.
Azərbaycanın işğal altında olan Qarabağ bölgəsində qurulan qondarma "Dağlıq Qarabağ Respublikası"nın "Müdafiə nazirinin müavini" Artur Sarkisyan zərərsizləşdirilib. Ermənistanın Dağlıq Qarabağ münaqişəsində həlak olan hərbi qulluqçularının yeni siyahısında ondan başqa daha 11 hərbçinin adı yer alıb. Həmin günədək Ermənistan tərəfinin açıqladığı itkilərin sayı 1177 nəfərə çatıb.
Qeyd edək ki, qarşı tərəf itkilərinin sayını məqsədyönlü şəkildə gizlədib.
Noyabrın 2-də günün ikinci yarısından başlayaraq Ermənistan silahlı qüvvələri Qubadlı və rayonun kəndlərini artilleriya atəşinə tutub. Ermənistanın Qafan rayonunun David Bek kəndi istiqamətindən Qubadlı rayonunun ərazisi intensiv atəşə tutulub.
Ermənistan ordusunun Qarabağda yerləşən daimi dislokasiya məntəqəsi, səngər və atəş mövqelərində yerləşən canlı qüvvəsi dəqiq zərbələrlə məhv edilib. Eyni zamanda Qırmızı Bazar istiqamətində düşmənin qərargahı da atəşə məruz qalıb.
Noyabrın 2-də saat 18 radələrində Tərtər rayonunun Çardaqlı kəndində (keçmiş Ağdərə rayonunun Maqavuz kəndi) yerləsdirilmiş Ermənistan ordusunun “KUB” zenit-raket kompleksi dəqiq atəşlə məhv edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Twitter” hesabında yazıb:

"Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çapand, Hacı İsaqlı, Qoşa Bulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".

Xəbər lenti
0