https://sputnik.az/20221102/pandemiyadan-zerer-cekmis-sahibkarlarin-kreditleri-uzre-verilen-zemanetin-hecmi-aciqlanib-448166084.html
Pandemiyadan zərər çəkmiş sahibkarların kreditləri üzrə verilən zəmanətin həcmi açıqlanıb
Pandemiyadan zərər çəkmiş sahibkarların kreditləri üzrə verilən zəmanətin həcmi açıqlanıb
Sputnik Azərbaycan
Güzəştli kreditlər Fondla əməkdaşlıq edən müvəkkil kredit təşkilatları - bank, bank olmayan kredit təşkilatı, kredit ittifaqı vasitəsilə verilir. 02.11.2022, Sputnik Azərbaycan
2022-11-02T23:15+0400
2022-11-02T23:15+0400
2022-11-02T23:15+0400
kredit
iqtisadiyyat
https://cdnn1.img.sputnik.az/img/42229/49/422294976_0:0:2000:1125_1920x0_80_0_0_8978802cc7f124da7b230d45640a401f.jpg
BAKI, 2 noyabr — Sputnik. 2020-ci ilin iyun ayından bu il oktyabrın 1-dək dövlət zəmanətli kredit və subsidiya dəstəyi çərçivəsində pandemiyadan zərər çəkmiş sahibkarların kredit tələbatı 499,8 milyon manat olan 2630 müraciətinə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 291,8 milyon manat həcmində zəmanət verilib.Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.Nazir bildirib ki, bu kreditlərin illik faiz dərəcəsinin 50 faizinin subsidiyalaşdırılması məqsədilə sahibkarlara 36,2 milyon manat vəsait ödənilib.Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli Fərmanı ilə 1992-ci ildə təsis edilmiş Sahibkarlığa Kömək Milli Fondunun hüquqi bazası əsasında yaradılıb.Fondun başlıca fəaliyyət istiqamətlərinə daxildir:Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrini güzəştli kredit vəsaiti hesabına maliyyələşdirmək;Sahibkarlığın inkişafına dəstək sahəsində proqramların (o cümlədən dövlət proqramlarının) hazırlanmasında, həyata keçirilməsində və maliyyələşdirilməsində iştirak etmək;Müasir texnologiyalara əsaslanan investisiya layihələri üzrə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə müvafiq təhlil və araşdırmalar aparmaq;Sahibkarların yeni bazarlara çıxış imkanlarını öyrənmək və əldə olunan beynəlxalq təcrübəni sahibkarlara çatdırmaq, maarifləndirmə işləri aparmaq və onlara məsləhət xidmətləri göstərmək.Güzəştli kreditlər sahibkarlıq subyektlərinə aşağıdakı şərtlərlə təqdim edilir:- Kreditin məbləği - 5 min manatdan 10 milyon manatadək- Kreditin müddəti - 10 ilədək- İllik faiz dərəcəsi - 5%-dək- Kredit üzrə güzəşt müddəti - Kredit müddətinin yarısınadəkGüzəştli kreditlər Fondla əməkdaşlıq edən müvəkkil kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatı, kredit ittifaqı) vasitəsilə verilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42229/49/422294976_227:0:2000:1330_1920x0_80_0_0_0599f968c96fce42e0d350164144a692.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
kredit
Pandemiyadan zərər çəkmiş sahibkarların kreditləri üzrə verilən zəmanətin həcmi açıqlanıb
Güzəştli kreditlər Fondla əməkdaşlıq edən müvəkkil kredit təşkilatları - bank, bank olmayan kredit təşkilatı, kredit ittifaqı vasitəsilə verilir.
BAKI, 2 noyabr — Sputnik. 2020-ci ilin iyun ayından bu il oktyabrın 1-dək dövlət zəmanətli kredit və subsidiya dəstəyi çərçivəsində pandemiyadan zərər çəkmiş sahibkarların kredit tələbatı 499,8 milyon manat olan 2630 müraciətinə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 291,8 milyon manat həcmində zəmanət verilib.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, bu kreditlərin illik faiz dərəcəsinin 50 faizinin subsidiyalaşdırılması məqsədilə sahibkarlara 36,2 milyon manat vəsait ödənilib.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli Fərmanı ilə 1992-ci ildə təsis edilmiş Sahibkarlığa Kömək Milli Fondunun hüquqi bazası əsasında yaradılıb.
Fondun başlıca fəaliyyət istiqamətlərinə daxildir:
Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrini güzəştli kredit vəsaiti hesabına maliyyələşdirmək;
Sahibkarlığın inkişafına dəstək sahəsində proqramların (o cümlədən dövlət proqramlarının) hazırlanmasında, həyata keçirilməsində və maliyyələşdirilməsində iştirak etmək;
Müasir texnologiyalara əsaslanan investisiya layihələri üzrə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə müvafiq təhlil və araşdırmalar aparmaq;
Sahibkarların yeni bazarlara çıxış imkanlarını öyrənmək və əldə olunan beynəlxalq təcrübəni sahibkarlara çatdırmaq, maarifləndirmə işləri aparmaq və onlara məsləhət xidmətləri göstərmək.
Güzəştli kreditlər sahibkarlıq subyektlərinə aşağıdakı şərtlərlə təqdim edilir:
- Kreditin məbləği - 5 min manatdan 10 milyon manatadək
- Kreditin müddəti - 10 ilədək
- İllik faiz dərəcəsi - 5%-dək
- Kredit üzrə güzəşt müddəti - Kredit müddətinin yarısınadək
Güzəştli kreditlər Fondla əməkdaşlıq edən müvəkkil kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatı, kredit ittifaqı) vasitəsilə verilir.