https://sputnik.az/20221102/muharibe-elillerine-avtomobiller-verilib-448154309.html
Müharibə əlillərinə avtomobillər verilib
Müharibə əlillərinə avtomobillər verilib
Sputnik Azərbaycan
Postmüharibə dövründə 300-dən çox, ümumən ötən dövrdə 7500-dən çox avtomobil müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilib. 02.11.2022, Sputnik Azərbaycan
2022-11-02T16:32+0400
2022-11-02T16:32+0400
2022-11-02T16:32+0400
avtomobil
cəmiyyət
əlil
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/02/448154154_0:0:2500:1407_1920x0_80_0_0_0a98f14638a64b67c53bd75120478067.jpg
BAKI, 2 noyabr — Sputnik. Noyabrın 2-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan daha 20 vətəndaşa minik avtomobilləri təqdim edilib.Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Prezident İlham Əliyevin göstərişi ilə Vətən müharibəsindən sonra icra olunan genişmiqyaslı sosial dəstək paketinin şəhid ailələri, müharibə iştirakçılarından ibarət artıq 119 min şəxsi əhatə etdiyini, onlara sosial dəstəkyönümlü 243 min xidmət göstərildiyini bildirib.Sosial dəstək paketinin bir istiqaməti kimi, postmüharibə dövründə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4 min, ümumilikdə ötən dövrdə 13 minədək mənzil və fərdi ev təqdim edildiyi qeyd olunub.Diqqətə çatdırılıb ki, həmin kateqoriyalardan olan vətəndaşlara 2022-ci il üzrə 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub və artıq 1000-i təqdim edilib. 44 günlük Vətən müharibəsi şəhidlərinin ailələrinin, həmin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin 2021-ci ilin əvvəlindən mənzillə təminatı həyata keçirilir.Anar Əliyev bildirib ki, mühüm sosial proqramlardan biri də müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təminatıdır. 44 günlük Vətən müharibəsində yaralanaraq əlilliyi müəyyən olunmuş hərbçilərimiz həmin proqramla əhatə olunaraq avtomobillə təmin edilirlər. Hazırda təqdim edilən 20 avtomobil də daxil olmaqla postmüharibə dövründə 300-dən çox, ümumən ötən dövrdə 7500-dən çox avtomobil müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilib.Müharibə ilə əlaqədar əlilliyi olan şəxslər onlara göstərilən hərtərəfli qayğıya və bu gün avtomobillə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/02/448154154_222:0:2445:1667_1920x0_80_0_0_6cf5e6145016d9c0779478df56982a18.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
avtomobil, əlil
Müharibə əlillərinə avtomobillər verilib
Postmüharibə dövründə 300-dən çox, ümumən ötən dövrdə 7500-dən çox avtomobil müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilib.
BAKI, 2 noyabr — Sputnik. Noyabrın 2-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan daha 20 vətəndaşa minik avtomobilləri təqdim edilib.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Prezident İlham Əliyevin göstərişi ilə Vətən müharibəsindən sonra icra olunan genişmiqyaslı sosial dəstək paketinin şəhid ailələri, müharibə iştirakçılarından ibarət artıq 119 min şəxsi əhatə etdiyini, onlara sosial dəstəkyönümlü 243 min xidmət göstərildiyini bildirib.
Sosial dəstək paketinin bir istiqaməti kimi, postmüharibə dövründə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4 min, ümumilikdə ötən dövrdə 13 minədək mənzil və fərdi ev təqdim edildiyi qeyd olunub.
Diqqətə çatdırılıb ki, həmin kateqoriyalardan olan vətəndaşlara 2022-ci il üzrə 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub və artıq 1000-i təqdim edilib. 44 günlük Vətən müharibəsi şəhidlərinin ailələrinin, həmin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin 2021-ci ilin əvvəlindən mənzillə təminatı həyata keçirilir.
Anar Əliyev bildirib ki, mühüm sosial proqramlardan biri də müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təminatıdır. 44 günlük Vətən müharibəsində yaralanaraq əlilliyi müəyyən olunmuş hərbçilərimiz həmin proqramla əhatə olunaraq avtomobillə təmin edilirlər. Hazırda təqdim edilən 20 avtomobil də daxil olmaqla postmüharibə dövründə 300-dən çox, ümumən ötən dövrdə 7500-dən çox avtomobil müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilib.
Müharibə ilə əlaqədar əlilliyi olan şəxslər onlara göstərilən hərtərəfli qayğıya və bu gün avtomobillə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.