https://sputnik.az/20221102/millet-vekili-qarabaga-aid-olan-her-sey-azerbaycanin-daxili-isidir-448154587.html
Millət vəkili: Qarabağa aid olan hər şey Azərbaycanın daxili işidir
Millət vəkili: Qarabağa aid olan hər şey Azərbaycanın daxili işidir
Sputnik Azərbaycan
Millət vəkili Arzu Nağıyev bildirib ki, Soçi görüşünün əsas məqsədi Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasıdır. 02.11.2022, Sputnik Azərbaycan
2022-11-02T15:37+0400
2022-11-02T15:37+0400
2022-11-02T15:37+0400
arzu nağıyev
video
ermənistan
soçi
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/02/448148477_0:0:2001:1125_1920x0_80_0_0_c7fb6ed8bddc99b57bb87e2c0c5a7dee.jpg
BAKI, 2 noyabr — Sputnik. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçidə keçirilmiş üçtərəfli görüşü regionda sülhün bərqərar olması prosesinə müsbət töhfə verəcək. Bunu Sputnik Azərbaycan-a müsahibəsində Azərbaycan Milli Məclisinin (MM) deputatı Arzu Nağıyev deyib."Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli danışıqlar zamanı Soçidə bildirdi ki, Qarabağ məsələsi iki il əvvəl həll olunduğu üçün müzakirə mövzusu deyil. Soçi görüşünün əsas məqsədi Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasıdır", - deyə deputat vurğulayıb.Onun sözlərinə görə, sammitin yekununda qəbul edilən bəyannamədə sülhə çağırışlar, Azərbaycan-Ermənistan sərhədinin məcburi delimitasiyası və demarkasiyası və iki ölkə arasında sülh sazişinin imzalanması aydın şəkildə öz əksini tapıb.Deputat qeyd edib ki, Qarabağa aid olan hər şey Azərbaycanın daxili işidir.Xatırladaq ki, bir neçə gün əvvəl Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin iştirakı ilə üçtərəfli görüş keçirilib.Görüşdən sonra Rusiya Prezidenti Vladimir Putin bildirib ki, bu, çox faydalı görüş oldu: "Bu, bəzi fundamental məsələlər üzrə gələcəkdə mümkün razılaşmalar üçün çox yaxşı ab-hava yaratdı. Bu gün biz birgə bəyanatla razılaşdıq. Açığını deməliyəm ki, heç də hər şey razılaşdırılmayıb. Əvvəllər işlənmiş mətndən bəzi şeylər çıxarılmalı idi. Buna baxmayaraq, görüşün keçirildiyi barədə ümumi qiymətləndirmə ilə razıyam".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/02/448148477_0:0:1777:1333_1920x0_80_0_0_146f1a4dd3941403e1bd4438b77cb1eb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
arzu nağıyev, видео, ermənistan, soçi
arzu nağıyev, видео, ermənistan, soçi
Millət vəkili: Qarabağa aid olan hər şey Azərbaycanın daxili işidir
Millət vəkili Arzu Nağıyev bildirib ki, Soçi görüşünün əsas məqsədi Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasıdır.
BAKI, 2 noyabr — Sputnik. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçidə keçirilmiş üçtərəfli görüşü regionda sülhün bərqərar olması prosesinə müsbət töhfə verəcək. Bunu Sputnik Azərbaycan-a müsahibəsində Azərbaycan Milli Məclisinin (MM) deputatı Arzu Nağıyev deyib.
"Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli danışıqlar zamanı Soçidə bildirdi ki, Qarabağ məsələsi iki il əvvəl həll olunduğu üçün müzakirə mövzusu deyil. Soçi görüşünün əsas məqsədi Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasıdır", - deyə deputat vurğulayıb.
Onun sözlərinə görə, sammitin yekununda qəbul edilən bəyannamədə sülhə çağırışlar, Azərbaycan-Ermənistan sərhədinin məcburi delimitasiyası və demarkasiyası və iki ölkə arasında sülh sazişinin imzalanması aydın şəkildə öz əksini tapıb.
Deputat qeyd edib ki, Qarabağa aid olan hər şey Azərbaycanın daxili işidir.
Xatırladaq ki, bir neçə gün əvvəl Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin iştirakı ilə üçtərəfli görüş keçirilib.
Görüşdən sonra Rusiya Prezidenti Vladimir Putin bildirib ki, bu, çox faydalı görüş oldu: "Bu, bəzi fundamental məsələlər üzrə gələcəkdə mümkün razılaşmalar üçün çox yaxşı ab-hava yaratdı. Bu gün biz birgə bəyanatla razılaşdıq. Açığını deməliyəm ki, heç də hər şey razılaşdırılmayıb. Əvvəllər işlənmiş mətndən bəzi şeylər çıxarılmalı idi. Buna baxmayaraq, görüşün keçirildiyi barədə ümumi qiymətləndirmə ilə razıyam".