CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mədəniyyət Nazirliyinin şöbə müdiri barədə həbs qətimkan tədbiri seçilib

© Sputnik / Anar MustafayevƏli qandallanmış adam, arxiv şəkli
Əli qandallanmış adam, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.11.2022
Abunə olmaq
DTX-nın keçirdiyi əməliyyat zamanı saxlanılanlar arasında Mədəniyyət Nazirliyin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov da var.
BAKI, 2 noyabr - Sputnik. Mədəniyyət Nazirliyinin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Səbail Rayon Məhkəməsində bununla bağlı istintaq orqanının vəsatətinə baxılıb və təmin edilib.
Qeyd edək ki, noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirib. Əməliyyat zamanı vəzifəli şəxslər saxlanılıb. Əməliyyat zamanı saxlanılanlar arasında nazirliyin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov da var.
Sosial şəbəkələrdə əməliyyat keçirilən zaman mədəniyyət naziri Anar Kərimovun iş yerində olmadığı barədə məlumatlar yayılıb.
Nazirliyin Mətbuat xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Nuridə Allahyarova bildirib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində noyabrın 1-də keçirdiyi əməliyyat zamanı nazir Anar Kərimov ezamiyyətdə olub.
DTX-nin emblemi - Sputnik Azərbaycan, 1920, 01.11.2022
MƏDƏNİYYƏT
DTX Mədəniyyət Nazirliyində əməliyyat keçirir - saxlanılanlar var
Xəbər lenti
0