SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev Ərdoğanla Soçi görüşünün nəticələrini müzakirə edib

© Official website of President of Azerbaijan RepublicПрезиденты Азербайджана и Турции Ильхам Алиев и Реджеп Тайип Эрдоган
Президенты Азербайджана и Турции Ильхам Алиев и Реджеп Тайип Эрдоган - Sputnik Azərbaycan, 1920, 02.11.2022
Abunə olmaq
Telefon söhbəti zamanı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşü və imzalanmış birgə bəyanat müzakirə olunub.
BAKI, 2 noyabr - Sputnik. Noyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Telefon söhbəti zamanı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşü və imzalanmış birgə bəyanat müzakirə olunub.
Prezident İlham Əliyev Türkiyənin mobillik sahəsində xidmət göstərən qlobal texnologiya markası “Togg”un kütləvi istehsala başlanılması münasibətilə təbriklərini çatdırıb və bunu Türkiyə sənayesinin yeni uğuru kimi dəyərləndirib.
Telefon söhbəti zamanı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin müxtəlif aspektləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Soçidə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşüb.
Üçtərəfli görüşün yekunu olaraq 44 günlük müharibənin bitməsindən sonra qalan məsələlərin həllinə tərəflərin yanaşmalarını əks etdirən Soçi Bəyanatı qəbul edilib.
Xəbər lenti
0