CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DTX-nin əməliyyatı zamanı Anar Kərimov ezamiyyətdə olub - Nazirlik

© Sputnik / Murad OrujovAnar Kərimov
Anar Kərimov  - Sputnik Azərbaycan, 1920, 02.11.2022
Abunə olmaq
Dünən Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət Nazirliyində əməliyyat keçirib.
BAKI, 2 noyabr — Sputnik. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində noyabrın 1-də keçirdiyi əməliyyat zamanı nazir Anar Kərimov ezamiyyətdə olub.
Bunu nazirliyin Mətbuat xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Nuridə Allahyarova bildirib.
O bildirib ki, noyabrın 1-də Anar Kərimov ezam səfərində olub: "Bu gün isə işinin başındadır. Vəzifəli şəxsin ezam olunması həmin şəxsin işinin başında olması deməkdir. Çünki iş icrası təkcə inzibati binada olmur".
Qeyd edək ki, noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirib. Əməliyyat zamanı vəzifəli şəxslər saxlanılıb. Sosial şəbəkələrdə əməliyyat keçirilən zaman mədəniyyət naziri Anar Kərimovun iş yerində olmadığı barədə məlumatlar yayılıb.
Xəbər lenti
0