SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Delimitasiya komissiyaları sabah Brüsseldə görüşəcək

© AP Photo / Raad AdaylehDövlət sərhədi, arxiv şəkli
Dövlət sərhədi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.11.2022
Abunə olmaq
Ermənistan XİN-in məlumatında deyilir ki, dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə komissiyanın üzvləri noyabrın 3-də Brüsseldə keçiriləcək üçüncü iclasda iştirak edəcəklər.
BAKI, 2 noyabr — Sputnik. Noyabrın 3-də Brüsseldə Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi komissiyalarının üçüncü iclası keçiriləcək. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə komissiyanın üzvləri noyabrın 3-də Brüsseldə keçiriləcək üçüncü iclasda iştirak edəcəklər", - Ermənistan XİN-in məlumatında deyilir.
Qeyd edək ki, bundan əvvəlki görüş sentyabrın 30-da Moskvada baş tutub. Görüşdən əvvəl onların rusiyalı həmkarı Aleksey Overçuk Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri ilə görüşüb və onlar birgə işin davam etdirilməsindən məmnunluqlarını bildiriblər. Baş nazirlərin müavinləri təşkilati və prosedur məsələlərini, həmçinin gələcək işlərin əsasnaməsini müzakirə ediblər. Razılaşdırılmış vaxtda üçüncü görüşün keçirilməsi barədə razılıq əldə olunub.
Xatırladaq ki, bir neçə gün əvvəl Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin iştirakı ilə üçtərəfli görüş keçirilib.
Görüşdən sonra Rusiya Prezidenti Vladimir Putin bildirib ki, bu, çox faydalı görüş oldu: "Bu, bəzi fundamental məsələlər üzrə gələcəkdə mümkün razılaşmalar üçün çox yaxşı ab-hava yaratdı. Bu gün biz birgə bəyanatla razılaşdıq. Açığını deməliyəm ki, heç də hər şey razılaşdırılmayıb. Əvvəllər işlənmiş mətndən bəzi şeylər çıxarılmalı idi. Buna baxmayaraq, görüşün keçirildiyi barədə ümumi qiymətləndirmə ilə razıyam".
Xəbər lenti
0