https://sputnik.az/20221102/azerbaycan-hokumeti-masdar-ve-accessbank-arasinda-razilasma-tesdiq-edilib-448161452.html
Azərbaycan hökuməti, “Masdar" və "AccessBank” arasında razılaşma təsdiq edilib
Azərbaycan hökuməti, “Masdar" və "AccessBank” arasında razılaşma təsdiq edilib
Sputnik Azərbaycan
Məqsəd "qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında" ölkə prezidentinin 2... 02.11.2022, Sputnik Azərbaycan
2022-11-02T22:34+0400
2022-11-02T22:34+0400
2022-11-02T22:34+0400
prezident ilham əliyev
iqtisadiyyat
energetika naziri pərviz şahbazov
https://cdnn1.img.sputnik.az/img/40810/87/408108778_38:0:1000:541_1920x0_80_0_0_3197c4b3f05d030a0c3db265f9b47583.jpg
BAKI, 2 noyabr — Sputnik. Azərbaycan Respublikasının Hökuməti, "Masdar Azərbaycan Enerji" Məhdud Məsuliyyətli Cəmiyyəti və "AccessBank" Qapalı Səhmdar Cəmiyyəti arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma" təsdiq edilib.Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncam imzalandığı gündən qüvvəyə minir.Məqsəd "qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında" ölkə prezidentinin 2 aprel 2021-ci il tarixli sərəncamının icrasını təmin etməkdir.Xatırladaq ki, ötən il Prezident İlham Əliyev "Qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında" sərəncam imzalayıb.Sərəncama əsasən, Nazirlər Kabineti qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikintisi ilə əlaqədar "İnvestisiya müqaviləsi"nin, "Enerji alqı-satqı müqaviləsi"nin, "Ötürücü şəbəkəyə qoşulma müqaviləsi"nin, "Torpaq icarə müqaviləsi"nin, "Birbaşa razılaşma"ların və "Müstəqil mühəndis müqaviləsi"nin imzalanması ilə bağlı zəruri tədbirlər görməlidir.Nazirlər Kabineti Azərbaycan Respublikasının Hökuməti adından imzalanmış müvafiq müqavilələri təsdiq üçün Azərbaycan Prezidentinə təqdim etməli və Maliyyə Nazirliyi, Energetika Nazirliyi və "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə bu Sərəncamın 1-ci bəndində göstərilən "İnvestisiya müqaviləsi"ndə və "Enerji alqı-satqı müqaviləsi"ndə nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi üçün zəruri tədbirlər görülməsini təmin etməlidir.Həmçinin Nazirlər Kabineti aidiyyəti qurumlarla birlikdə pilot layihənin həyata keçirildiyi ərazilərdə zəruri xarici və daxili infrastrukturun təkmilləşdirilməsi, günəş elektrik stansiyasının bu Sərəncamın 1-ci bəndində göstərilən "Enerji alqı-satqı müqaviləsi"nə və "Ötürücü şəbəkəyə qoşulma müqaviləsi"nə uyğun olaraq, nəzərdə tutulan vaxtda və parametrlərlə ötürücü şəbəkəyə qoşulması, eyni zamanda, layihənin vaxtlı-vaxtında yerinə yetirilməsini təmin etmək üçün tələb olunan digər inzibati və texniki məsələlərin icrası istiqamətində müvafiq tədbirlər görülməsini təmin etməlidir.Bundan əlavə, Bakı şəhərinin və Abşeron rayonunun inzibati ərazilərində qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikiləcəyi ərazilər üzrə dövlət torpaqlarının icarəyə vermək hüququ ilə Azərbaycan Respublikası Energetika Nazirliyinin daimi istifadəsinə verilməsi üçün müvafiq tədbirlər görülməsini təmin etməli və sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.Energetika naziri Pərviz Şahbazov xarici investisiya əsaslı bu layihəni qlobal çağırışlara, ölkə iqtisadiyyatının dayanıqlı və şaxələndirilmiş inkişafı, eləcə də energetika sektorunda aparılan islahatların məqsədlərinə cavab verməsi aspektində qiymətləndirib: “Növbəti 10 il ərzində bərpa olunan enerji mənbələrindən geniş istifadə etməklə Azərbaycanın “yaşıl artım” ölkəsinə çevrilməsi dövlət başçısı cənab İlham Əliyev tərəfindən sosial-iqtisadi inkişafı təmin edəcək Milli Prioritetlərdən biri kimi müəyyənləşdirilib. Təxminən, 200 milyon ABŞ dolları dəyərində günəş elektrik stansiyası üzrə bu müqavilələri imzalamaqla bərpa olunan enerji və karbon emissiyaları ilə bağlı hədəflərimizə daha bir addım yaxınlaşırıq. Bakı şəhəri və Abşeron rayonunda tikiləcək günəş elektrik stansiyası, təxminən, ildə 500 milyon kVt·saat elektrik enerjisinin istehsalına, 110 milyon kub metr təbii qaza qənaət edilməsinə, 200 min ton karbon emissiyasının azaldılmasına, yeni iş yerlərinin yaradılmasına, eyni zamanda digər investorların yeni layihələrə cəlbinə yol açacaq“.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40810/87/408108778_279:0:1000:541_1920x0_80_0_0_c9943b516ea6e84ed13b3ab58f497b36.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
prezident ilham əliyev, energetika naziri pərviz şahbazov
prezident ilham əliyev, energetika naziri pərviz şahbazov
Azərbaycan hökuməti, “Masdar" və "AccessBank” arasında razılaşma təsdiq edilib
Məqsəd "qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında" ölkə prezidentinin 2 aprel 2021-ci il tarixli sərəncamının icrasını təmin etməkdir.
BAKI, 2 noyabr — Sputnik. Azərbaycan Respublikasının Hökuməti, "Masdar Azərbaycan Enerji" Məhdud Məsuliyyətli Cəmiyyəti və "AccessBank" Qapalı Səhmdar Cəmiyyəti arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma" təsdiq edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Məqsəd "qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında" ölkə prezidentinin 2 aprel 2021-ci il tarixli sərəncamının icrasını təmin etməkdir.
Xatırladaq ki, ötən il Prezident İlham Əliyev "Qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında" sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabineti qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikintisi ilə əlaqədar "İnvestisiya müqaviləsi"nin, "Enerji alqı-satqı müqaviləsi"nin, "Ötürücü şəbəkəyə qoşulma müqaviləsi"nin, "Torpaq icarə müqaviləsi"nin, "Birbaşa razılaşma"ların və "Müstəqil mühəndis müqaviləsi"nin imzalanması ilə bağlı zəruri tədbirlər görməlidir.
Nazirlər Kabineti Azərbaycan Respublikasının Hökuməti adından imzalanmış müvafiq müqavilələri təsdiq üçün Azərbaycan Prezidentinə təqdim etməli və Maliyyə Nazirliyi, Energetika Nazirliyi və "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə bu Sərəncamın 1-ci bəndində göstərilən "İnvestisiya müqaviləsi"ndə və "Enerji alqı-satqı müqaviləsi"ndə nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi üçün zəruri tədbirlər görülməsini təmin etməlidir.
Həmçinin Nazirlər Kabineti aidiyyəti qurumlarla birlikdə pilot layihənin həyata keçirildiyi ərazilərdə zəruri xarici və daxili infrastrukturun təkmilləşdirilməsi, günəş elektrik stansiyasının bu Sərəncamın 1-ci bəndində göstərilən "Enerji alqı-satqı müqaviləsi"nə və "Ötürücü şəbəkəyə qoşulma müqaviləsi"nə uyğun olaraq, nəzərdə tutulan vaxtda və parametrlərlə ötürücü şəbəkəyə qoşulması, eyni zamanda, layihənin vaxtlı-vaxtında yerinə yetirilməsini təmin etmək üçün tələb olunan digər inzibati və texniki məsələlərin icrası istiqamətində müvafiq tədbirlər görülməsini təmin etməlidir.
Bundan əlavə, Bakı şəhərinin və Abşeron rayonunun inzibati ərazilərində qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikiləcəyi ərazilər üzrə dövlət torpaqlarının icarəyə vermək hüququ ilə Azərbaycan Respublikası Energetika Nazirliyinin daimi istifadəsinə verilməsi üçün müvafiq tədbirlər görülməsini təmin etməli və sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Energetika naziri Pərviz Şahbazov xarici investisiya əsaslı bu layihəni qlobal çağırışlara, ölkə iqtisadiyyatının dayanıqlı və şaxələndirilmiş inkişafı, eləcə də energetika sektorunda aparılan islahatların məqsədlərinə cavab verməsi aspektində qiymətləndirib:
“Növbəti 10 il ərzində bərpa olunan enerji mənbələrindən geniş istifadə etməklə Azərbaycanın “yaşıl artım” ölkəsinə çevrilməsi dövlət başçısı cənab İlham Əliyev tərəfindən sosial-iqtisadi inkişafı təmin edəcək Milli Prioritetlərdən biri kimi müəyyənləşdirilib. Təxminən, 200 milyon ABŞ dolları dəyərində günəş elektrik stansiyası üzrə bu müqavilələri imzalamaqla bərpa olunan enerji və karbon emissiyaları ilə bağlı hədəflərimizə daha bir addım yaxınlaşırıq. Bakı şəhəri və Abşeron rayonunda tikiləcək günəş elektrik stansiyası, təxminən, ildə 500 milyon kVt·saat elektrik enerjisinin istehsalına, 110 milyon kub metr təbii qaza qənaət edilməsinə, 200 min ton karbon emissiyasının azaldılmasına, yeni iş yerlərinin yaradılmasına, eyni zamanda digər investorların yeni layihələrə cəlbinə yol açacaq“.