Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycan BMT-nin "yaşıl" transformasiya üzrə proqramının icrasına sadiqdir

© AP Photo / Mary AltafferBMT
BMT - Sputnik Azərbaycan, 1920, 02.11.2022
Abunə olmaq
"Azərbaycanda su ehtiyatlarının azalması tendensiyası müşahidə olunur", - Muxtar Babayev deyib
BAKI, 2 noyabr — Sputnik. Azərbaycan BMT-nin "yaşıl" transformasiya üzrə beynəlxalq proqramının icrasına sadiqdir.
Bunu bu gün baş nazirin müavini Əli Əhmədov "Azərbaycanda "yaşıl" transformasiya: Dayanıqlı inkişaf məqsədləri" adlı tədbir zamanı deyib.
O qeyd edib ki, BMT-nin 2015-ci ildə qəbul olunmuş beynəlxalq proqramı 2030-cu ilədək dayanıqlı inkişafın təmin olunmasına yönəlib.
"Bu proqram dayanıqlı inkişaf məqsədilə "yaşıl" texnologiyaların, bərpa olunan enerji mənbələrinin tətbiqini nəzərdə tutur. Bu gün bu alətlər Azərbaycanda həmin təşəbbüsün icrası üçün vacib hesab olunur. Ölkəmiz bu proqramın icrasına tam sadiqdir və biz artıq müvafiq hesabat hazırlamışıq", - deyə o bildirib.
Ə.Əhmədov əlavə edib ki, "yaşıl" transformasiya milli strategiya baxımından prioritet olaraq qalmaqdadır.
"Əminəm ki, ölkəmiz təkcə 2030-cu ilədək deyil, ondan sonra da "yaşıl" transformasiyaya sadiq qalacaq", - baş nazir müavini deyib.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, Azərbaycanda dayanıqlı inkişaf gündəliyindən irəli gələn öhdəliklərin icrası istiqamətində görülən tədbirlər davam edir.
Nazirin sözlərinə görə, 2030-cu ilədək dayanıqlı inkişaf gündəliyində qeyd olunan təmiz və sağlam ətraf mühitin təmin olunması bütün səviyyələrdə dayanıqlı inkişafa nail olmaq üçün mühüm faktordur:
"Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması sektorlararası koordinasiya və bütün maraqlı tərəflərin prosesə cəlb olunmasına imkan verib. Dövlət başçısı tərəfindən təsdiq olunmuş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair milli prioritetlər" sənədində yeni strateji mərhələdə iqtisadiyyatın dayanıqlı və yüksək templərlə artması fonunda keyfiyyətli ekoloji mühitin təmin olunması kimi mühüm vəzifə qarşıya qoyulub".
O əlavə edib ki, Azərbaycanda su ehtiyatlarının azalması tendensiyası müşahidə olunur.
Xəbər lenti
0