DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiya və Çin arasındakı qarşılıqlı əlaqə yüksək səviyyəyə çatıb

© Sputnik / ALEXEI DRUZHININRusiya-Çin əməkdaşlığı
Rusiya-Çin əməkdaşlığı  - Sputnik Azərbaycan, 1920, 01.11.2022
Abunə olmaq
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya-Çin əməkdaşlığı bərabərlik, qarşılıqlı etimad və hörmət prinsiplərinə, eləcə də müasir problemlərə yanaşmaların üst-üstə düşməsinə və ya oxşarlığına əsaslanır.
BAKI, 1 noyabr — Sputnik. Rusiya və Çin arasında qarşılıqlı əlaqələr görünməmiş dərəcədə yüksək səviyyəyə çatıb. İlin sonuna qədər isə ticarət sahəsindəki əlaqələrin rekord həddə çatacağı gözlənilir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
65 ildir fəaliyyət göstərən Rusiya-Çin Dostluq Cəmiyyətinin konfransının iştirakçılarına müraciətində nazir deyib: "Bu gün Rusiya və Çin arasında qarşılıqlı əlaqə görünməmiş dərəcədə yüksək səviyyəyə çatıb. Onun genişləndirilməsi xətti vətəndaşlarımızın maraqlarına tam cavab verir".
Onun sözlərinə görə, Rusiya-Çin əməkdaşlığı bərabərlik, qarşılıqlı etimad və hörmət prinsiplərinə, eləcə də müasir problemlərə yanaşmaların üst-üstə düşməsinə və ya oxşarlığına əsaslanır.
"Keçən il ikitərəfli ticarətin həcmi tarixi rəqəmə çataraq 140 milyard dolları ötüb. Bu ilin sonuna qədər biz yeni rekord səviyyələr gözləyirik", - deyə Lavrov əlavə edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, Rusiya Federasiyası ilə Çin arasında ticarət-iqtisadi əməkdaşlıq inkişaf edir. Dünyada qeyri-sabit vəziyyətə baxmayaraq, investisiya, sənaye və nəqliyyat sektorlarında əldə edilmiş razılaşmalar da sistemli şəkildə həyata keçirilir və enerji sektorunda strateji tərəfdaşlıq gücləndirilir.
Nazir onu da qeyd edib ki, kollektiv Qərb hegemonluğunu qoruyub saxlamaq üçün özünün əsas rəqibləri kimi təyin etdiyi Rusiya və Çinə münasibətdə "ən vicdansız üsullardan" istifadə edir.
"Bunun fonunda biz çinli tərəfdaşlarımızla yaxın xarici siyasət koordinasiyası həyata keçiririk", - deyən Lavrov Moskva və Pekin arasındakı əlaqənin "daha ədalətli çoxqütblü dünya nizamının formalaşmasında" əsas amillərdən biri olduğunu söyləyib.
Xəbər lenti
0