https://sputnik.az/20221101/qisa-hazirliq-ne-yerdedir-448126470.html
Qışa hazırlıq nə yerdədir?
Qışa hazırlıq nə yerdədir?
Sputnik Azərbaycan
“Azəriqaz” İstehsalat Birliyi ölkədə qazlaşma səviyyəsinin hazırda 96.3 faiz olduğunu bildirir. 01.11.2022, Sputnik Azərbaycan
2022-11-01T19:30+0400
2022-11-01T19:30+0400
2022-11-01T19:30+0400
qış
iqtisadiyyat
mövsüm
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/0f/437272855_0:0:3301:1856_1920x0_80_0_0_44063e0336d4004c86c52d09f210876a.jpg
BAKI, 2 noyabr - Sputnik. Artıq istilik mövsümünün başlanmasına sayılı günlər qalıb. Bu qış mövsümünə hazırlıq nə yerdədir, aidiyyəti qurumlar nə iş görür, nə vəd edirlər?“Azəristiliktəchizat” ASC-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib ki, bu il yüksək keyfiyyətli istiliklə bağlı heç bir problem olmayacaq:“Qanunvericilikdə nəzərdə tutulduğu kimi, Bakı şəhəri 15 noyabrda başlanacaq. Dağətəyi ərazilərdə isə 1 noyabrda istilik təminatı başlanıb. Hazırda 180 minə yaxın əhali qrupumuz var. 2100-ə yaxın sosial və təsərüfat təyinatlı abonentlərimiz var”, - deyə qurumdan bildirilib.“Azəristiliktəchizat”dan o da bildirilib ki, cari ildə ümumilikdə 282 məktəb, 167 uşaq bağçası və digər sosial təyinatlı müssələr istiliklə təmin ediləcək.Abonent sayı artıbmı?Qurumdan o da bildirilib ki, cari ildə “Azəritisiliktəcəzhiat” ASC-nin abonentlərinin sayında artım nəzərdə tutulmayıb:Qarabağda istilik təchizatı ilə bağlı vəziyyət necədir?Erməni işğalından azad olunmuş ərazilərdə “Azəristiliktəchizat” ASC hələ fəaliyyət göstərmir.“Lakin qeyd edək ki, Şuşada artıq 7 qazanxana tikilib, istismar edilir. Oradakı bir çox sosial və inzibati bina istiliklə təmin edilir”, - deyə ASC-dən bildirilib.“Azəriqaz” İstehsalat Birliyindən isə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda qurumun 2 milyon 484 min 515 abonenti var ki, onlardan 2 milyon 445 min 740 abonent əhali qrupuna aiddir:Qurumdan bildirilib ki, cari ildə 40 min 695 yeni abonent qeydə alınıb ki, onlardan 11 min 600 abonent regionların payına düşüb.Rayonlaırn qazlaşdırılması ilə bağlı vəziyyət necədir?Qurumdan bildirilib ki, 2009-cu ildə ölkədə qazlaşma səviyyəsi 62.2 faiz idisə, hazırda bu rəqəm 96.3 faizdir:“Son 10 ildə 55 min 600 kilometr yeni qaz kəməri çəkilib ki, bunun da 445 kilmoetri cari ilin 9 ayına təsadüf edib. Cari ildə 52 kəndin, 61 yeni yaşayış massivinin ilk dəfə olaraq qazlaşdırılması nəzərdə tutulub. 113 kənd və massivin hər birində müvafiq işlər görülür. Cari ilin sonunadək bu işlərin yekunlaşdırılması nəzərdə tutulur. Qeyd edək ki, bu işlər qurumun maliyyə ehtiyyatları hesabına aparılır”.“Azəriqaz”dan o da bildirilib ki, ölkə ərazisində bütün şəhər və qəsəbələr tam qazlaşdırılıb:Bundan əlavə bildirilib ki, son 10 ildə qurum tərəfindən regionlarda bunadək heç bir infrastrukturu olmayan və təbii qaz almayan 1682 kənd qazlaşdırılıb:"Bu kəndlərdə yeni bir infrastruktur qurulub. Bundan başqa, hazırda elə yaşayış sahələri var ki, onların qazlaşdırlması texniki-iqtisadi cəhətdən səmərəsizdir. 260-a yaxın elə yaşayış məntəqəsi var ki, onlar ya ucqar bölgələrdə yerləşir, ya da ki, ev sayı əhəmiyyətli dərəcədə azdır. Bu səbəbdən də həmin məntəqələrin qazlaşdırılmasına ən son mərhələdə baxılacaq, yaxud da strateji yol xəritəsinə uyğun olaraq, bu əraizlərin alternativ enerji ilə təminatı məsələsi həll olunacaq”, - deyə birlikdən verilən məlumatda deyilir.Bildirilib ki, ən çox qazlaşdırılmayan kənd, ərazi cənub bölgəsinin payına düşür:“Azəristiliktəchizat” ilə hansısa problem qalıbmı?Qurumdan bildirilib ki, öncəki illərdən fərqli olaraq “Azəriqaz” İB ilə “Azəristiliktəchizat” arasında hansısa problem qalmayıb.Qarabağda vəziyyət necədir?Hazırda “Azəriqaz” İstehsalat Birliyi tərəfindən həmin əraizlərdə qaz təminatı ilə bağlı imkanlar araşdırılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/0f/437272855_0:0:2729:2047_1920x0_80_0_0_77fd5181cc23faa5b929d66fb2ac0f15.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qış, mövsüm
Qışa hazırlıq nə yerdədir?
“Azəriqaz” İstehsalat Birliyi ölkədə qazlaşma səviyyəsinin hazırda 96.3 faiz olduğunu bildirir.
BAKI, 2 noyabr - Sputnik. Artıq istilik mövsümünün başlanmasına sayılı günlər qalıb. Bu qış mövsümünə hazırlıq nə yerdədir, aidiyyəti qurumlar nə iş görür, nə vəd edirlər?
“Azəristiliktəchizat” ASC-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib ki, bu il yüksək keyfiyyətli istiliklə bağlı heç bir problem olmayacaq:
“Qanunvericilikdə nəzərdə tutulduğu kimi, Bakı şəhəri 15 noyabrda başlanacaq. Dağətəyi ərazilərdə isə 1 noyabrda istilik təminatı başlanıb. Hazırda 180 minə yaxın əhali qrupumuz var. 2100-ə yaxın sosial və təsərüfat təyinatlı abonentlərimiz var”, - deyə qurumdan bildirilib.
“Azəristiliktəchizat”dan o da bildirilib ki, cari ildə ümumilikdə 282 məktəb, 167 uşaq bağçası və digər sosial təyinatlı müssələr istiliklə təmin ediləcək.
Qurumdan o da bildirilib ki, cari ildə “Azəritisiliktəcəzhiat” ASC-nin abonentlərinin sayında artım nəzərdə tutulmayıb:
“Ümumiyyətlə, mərkəzləşdirilmiş isitilik sistemləri çoxmənzilli binalar və ərazilər üçün daha sərfəli hesab edilir. Ona görə də daha çox şəhər və qəsəbə tipli ərazilərdə, sosial tipli obyektlərdə istilik sisteminin qurulması nəzərdə tutulur. Lakin qeyd edək ki, tarixən bir çox kəndlərdə mərkəzləşdirilmiş istilik sistemi qurulmayıb və bu il də qurulması nəzərdə tutulmur”.
Qarabağda istilik təchizatı ilə bağlı vəziyyət necədir?
Erməni işğalından azad olunmuş ərazilərdə “Azəristiliktəchizat” ASC hələ fəaliyyət göstərmir.
“Lakin qeyd edək ki, Şuşada artıq 7 qazanxana tikilib, istismar edilir. Oradakı bir çox sosial və inzibati bina istiliklə təmin edilir”, - deyə ASC-dən bildirilib.
“Azəriqaz” İstehsalat Birliyindən isə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda qurumun 2 milyon 484 min 515 abonenti var ki, onlardan 2 milyon 445 min 740 abonent əhali qrupuna aiddir:
“2 milyon 445 min 740 abonentin 1 milyon 487 min 18 abonent regionlarrn payına düşür”.
Qurumdan bildirilib ki, cari ildə 40 min 695 yeni abonent qeydə alınıb ki, onlardan 11 min 600 abonent regionların payına düşüb.
Rayonlaırn qazlaşdırılması ilə bağlı vəziyyət necədir?
Qurumdan bildirilib ki, 2009-cu ildə ölkədə qazlaşma səviyyəsi 62.2 faiz idisə, hazırda bu rəqəm 96.3 faizdir:
“Son 10 ildə 55 min 600 kilometr yeni qaz kəməri çəkilib ki, bunun da 445 kilmoetri cari ilin 9 ayına təsadüf edib. Cari ildə 52 kəndin, 61 yeni yaşayış massivinin ilk dəfə olaraq qazlaşdırılması nəzərdə tutulub. 113 kənd və massivin hər birində müvafiq işlər görülür. Cari ilin sonunadək bu işlərin yekunlaşdırılması nəzərdə tutulur. Qeyd edək ki, bu işlər qurumun maliyyə ehtiyyatları hesabına aparılır”.
“Azəriqaz”dan o da bildirilib ki, ölkə ərazisində bütün şəhər və qəsəbələr tam qazlaşdırılıb:
“Lakin kəndlərə gəldikdə, 900 kənd hələ də qazlaşdırılmayıb. Mövcud maliyyə resursları çərçivəsində bu kəndlərin də mərhələli şəkildə qazlaşdırılması nəzərdə tutulur”.
Bundan əlavə bildirilib ki, son 10 ildə qurum tərəfindən regionlarda bunadək heç bir infrastrukturu olmayan və təbii qaz almayan 1682 kənd qazlaşdırılıb:
"Bu kəndlərdə yeni bir infrastruktur qurulub. Bundan başqa, hazırda elə yaşayış sahələri var ki, onların qazlaşdırlması texniki-iqtisadi cəhətdən səmərəsizdir. 260-a yaxın elə yaşayış məntəqəsi var ki, onlar ya ucqar bölgələrdə yerləşir, ya da ki, ev sayı əhəmiyyətli dərəcədə azdır. Bu səbəbdən də həmin məntəqələrin qazlaşdırılmasına ən son mərhələdə baxılacaq, yaxud da strateji yol xəritəsinə uyğun olaraq, bu əraizlərin alternativ enerji ilə təminatı məsələsi həll olunacaq”, - deyə birlikdən verilən məlumatda deyilir.
Bildirilib ki, ən çox qazlaşdırılmayan kənd, ərazi cənub bölgəsinin payına düşür:
“Xüsusən də Lerik və Yradımlı rayonlarında belə kəndlər, əraizlər çoxdur. Bu rayonlar SSRİ dövründə də qazlaşdırılmamışdı. Cəlilabad, Astara, Lənkərənda da qazlaşdırılmayan xeyli kənd var. Bundan başqa, qərb rayonlarında – Tovuz, Gədəbəy, Daşkəsəndə də müəyyən qədər qazlaşdırılmayan kəndlər var”.
“Azəristiliktəchizat” ilə hansısa problem qalıbmı?
Qurumdan bildirilib ki, öncəki illərdən fərqli olaraq “Azəriqaz” İB ilə “Azəristiliktəchizat” arasında hansısa problem qalmayıb.
Qarabağda vəziyyət necədir?
Hazırda “Azəriqaz” İstehsalat Birliyi tərəfindən həmin əraizlərdə qaz təminatı ilə bağlı imkanlar araşdırılır.