Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Məktəb direktoru olmaq istəyənlərin nəzərinə - Bu gündən...

© Sputnik / Murad OrujovBakıda məktəbdə dərs prosesi
Bakıda məktəbdə dərs prosesi - Sputnik Azərbaycan, 1920, 01.11.2022
Abunə olmaq
Onlar bu gündən zəruri sənədləri çalışdıqları ümumi təhsil müəssisəsinin tabe olduğu regional təhsil idarəsinə təqdim edə bilərlər.
BAKI, 1 noyabr — Sputnik. Noyabrın 1-dən ümumi təhsil müəssisələrində vakant tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini, eləcə də məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə qəbul prosesi ilə bağlı regional təhsil idarələri tərəfindən sənəd qəbuluna başlanılır.
Bu barədə Sputnik Azərbaycan-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müraciət etmək istəyən şəxslər zəruri sənədləri (kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsiyyəti təsdiq edən sənədin, təhsil haqqında sənədin və ona əlavənin, əmək kitabçasının surəti) çalışdıqları ümumi təhsil müəssisəsinin tabe olduğu regional təhsil idarəsinə təqdim edə bilərlər.
Ətraflı məlumatı regional təhsil idarələrinin sosial media hesablarından əldə etmək mümkündür.
Qeyd edək ki, bu gün ümumtəhsil məktəbində idarəedicilər arasında əsas funksiyalardan birini daşıyan, tədris hissəsini idarə edən və ona nəzarət edən şəxs təlim-tərbiyə işləri üzrə direktor müavinidir.
Tədris işləri üzrə direktor müavini ən azı 3 il fasiləsiz pedaqoji fəaliyyətlə məşğul olan, qabaqcıl sinif rəhbəri və ya metodbirləşmə rəhbəri və ya məktəbdə təşkil olunmuş digər kollegial oranlarının rəhbəri olmuş müəllimlər arasından seçilir.
Xəbər lenti
0