Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

İlham Əliyev Ərəb Dövlətləri Liqasının XXXI Zirvə toplantısında çıxış edib - Yenilənib

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Ərəb Dövlətləri Liqasının XXXI Zirvə toplantısında iştirak edir
Prezident İlham Əliyev Ərəb Dövlətləri Liqasının XXXI Zirvə toplantısında iştirak edir - Sputnik Azərbaycan, 1920, 01.11.2022
Abunə olmaq
Ərəb Dövlətləri Liqası 1945-ci il martın 22-də Misir, İraq, İordaniya, Livan, Səudiyyə Ərəbistanı, Suriya və Yəmən tərəfindən yaradılıb. Hazırda isə təşkilata 22 dövlət daxildir.
BAKI, 1 noyabr - Sputnik. Noyabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısı keçirilir. Azərtac xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə toplantısına ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə tədbirin açılış mərasimində Fəxri qonaq statusunda iştirak edir.
© Official website of President of Azerbaijan RepublicƏrəb Dövlətləri Liqasının XXXI Zirvə toplantısı
Президент Ильхам Алиев участвует в 31-м саммите Лиги арабских государств - Sputnik Azərbaycan, 1920, 01.11.2022
Ərəb Dövlətləri Liqasının XXXI Zirvə toplantısı
Əlcəzair Prezidenti Abdelmacid Tebbun Prezident İlham Əliyevi, Sammitdə iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşılayıb.
Prezident İlham Əliyev Zirvə toplantısında çıxış edib.
"Azərbaycan İslam həmrəyliyinə töhfə verir". Report xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxış edərkən deyib.
"Ərəb Dövlətləri Liqası ilə Azərbaycan arasındakı münasibətlərin xüsusi bir inkişaf dinamikası var. 2006-cı ildən Azərbaycan təşkilatın müşahidəçi qismində üzvüdür. Bizim Liqaya daxil ölkələrlə də yaxşı münasibətlərimiz var. Ümidvaram ki, yaxın gələcəkdə bu əməkdaşlığın yeni üfüqləri inkişaf edəcək. Biz, xüsusilə ikitərəfli əməkdaşlığa, qarşılıqlı dəstək və həmrəyliyə önəm veririk", - Prezident qeyd edib.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan Qoşulmama Hərəkatında güclü mövqeyə malikdir.
Daha sonra İlham Əliyev Fransanın Əlcəzair xalqına qarşı törətdiyi qətliamı dünyanın heç vaxt unutmamalı olduğunu bildirib:

"Fransa Əlcəzair xalqına qarşı çox dəhşətli bir müharibə aparıb. Bu dəhşətli qətliam 1,5 milyon insanın ölümü ilə nəticələnib".

Əlcəzairə səfəri çərçivəsində Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etdiyini vurğulayan dövlətimizin başçısı bildirib:
“Bu gün bu dəhşətli hadisəni xatırlayarkən gələcəkdə belə fəlakətlərin qarşısının alınması üçün əlimizdən gələni etməliyik”.
Dövlət başçısı çıxışında həmçinin Ermənistan Azərbaycana qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətinə toxunub.

"Ermənistan Azərbaycana qarşı etnik təmizləmə siyasəti həyata keçirib. Azərbaycan torpaqlarında misli görünməmiş vandallıq aktları törədib", - deyə Prezidenti İlham Əliyev qeyd edib.

"Azərbaycan 30 il ərzində işğaldan əziyyət çəkib. İki il əvvəl Azərbaycan münaqişəyə son qoydu. Biz ərazilərimizi işğaldan azad etdik, torpaqlarımıza qayıtdıq", - dövlət başçısı bildirib.
Daha sonra dövlət başçısı bildirib ki, Azərbaycan mina terrorundan əziyyət çəkir:
"Bizim hazırda əziyyət çəkdiyimiz məsələ odur ki, Ermənistan işğal zamanı 1 milyondan çox minanı torpaqlarımıza basdırıb. Müharibə bitdikdən sonra 260-da çox Azərbaycan vətəndaşı minanın qurbanı olub və yaxud müxətlif dərəcəli bədən xəsarətləri alıb".
Qeyd edək ki, Ərəb Dövlətləri Liqası 1945-ci il martın 22-də Misir, İraq, İordaniya, Livan, Səudiyyə Ərəbistanı, Suriya və Yəmən tərəfindən yaradılıb. Hazırda təşkilata 22 dövlət daxildir. Təşkilatın mərkəz-qərargahı Misirin paytaxtı Qahirə şəhərində yerləşir. Türkiyə təşkilatda daimi müşahidəçi statusuna malikdir.
Xatırladaq ki, noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət edib.
Xəbər lenti
0