Cənubi Hindistanın Qucarat ştatında asma körpünün uçması nəticəsində 132 nəfər həlak olub, daha iki nəfər itkin düşüb.Körpü bazar günü, yerli vaxtla saat 18:42-də uçub. Asma körpü uçandan sonra xilasetmə əməliyyatına başlanılıb, Təbii Fəlakətlərə Qarşı Mübarizə Qüvvələrinin beş qrupu hadisə yerinə gəlib, daha sonra ordu, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin şəxsi heyəti də qoşulub.Morbi şəhəri yaxınlığındakı Maççxu çayı üzərindəki 140 il əvvəl tikilmiş körpü son iki il ərzində bağlanıb və cəmi dörd gün əvvəl, oktyabrın 26-da yenidən qurmadan sonra açılıb. Yerli medianın məlumatına görə, körpünün uçması zamanı uşaqlar da daxil olmaqla 500-dən çox insan körpünün üzərində olub. Körpünün uçmasından sonra 350-dən çox insan suya düşüb.Ştat polisi asma piyada körpüsünün uçması ilə bağlı 9 nəfəri saxlamağa müvəffəq olub.Körpü özəl şirkət tərəfindən təmir edilib və yararlılıq sertifikatı olmadan açılıb. Baş nazir Narendra Modi bütün lazımi yardımların göstərilməsi, həmçinin ölənlərin ailələrinə 200 min rupi, həmçinin yaralılara 50 min rupi ayrılması barədə göstəriş verib.https://az.sputniknews.ru/_editorial_preview_/20221031/448072437.html?fbclid=IwAR07swUaLxvIayrHEgroQ-YdjDNEPIZmUGNzZw1_K7uPEPECW6_Bmyu_4eQ
Qucarat ştatının polisi asma körpünün uçması ilə bağlı artıq 9 nəfəri saxlamağa müvəffəq olub.
Cənubi Hindistanın Qucarat ştatında asma körpünün uçması nəticəsində 132 nəfər həlak olub, daha iki nəfər itkin düşüb.
Körpü bazar günü, yerli vaxtla saat 18:42-də uçub. Asma körpü uçandan sonra xilasetmə əməliyyatına başlanılıb, Təbii Fəlakətlərə Qarşı Mübarizə Qüvvələrinin beş qrupu hadisə yerinə gəlib, daha sonra ordu, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin şəxsi heyəti də qoşulub.
Morbi şəhəri yaxınlığındakı Maççxu çayı üzərindəki 140 il əvvəl tikilmiş körpü son iki il ərzində bağlanıb və cəmi dörd gün əvvəl, oktyabrın 26-da yenidən qurmadan sonra açılıb. Yerli medianın məlumatına görə, körpünün uçması zamanı uşaqlar da daxil olmaqla 500-dən çox insan körpünün üzərində olub. Körpünün uçmasından sonra 350-dən çox insan suya düşüb.
Ştat polisi asma piyada körpüsünün uçması ilə bağlı 9 nəfəri saxlamağa müvəffəq olub.
Körpü özəl şirkət tərəfindən təmir edilib və yararlılıq sertifikatı olmadan açılıb. Baş nazir Narendra Modi bütün lazımi yardımların göstərilməsi, həmçinin ölənlərin ailələrinə 200 min rupi, həmçinin yaralılara 50 min rupi ayrılması barədə göstəriş verib.