CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Hamı razı olar ki, maaş və pensiyalarından 2-3 manat tutulsun, film çəkilsin" - Deputat

© Photo : AZƏRTACVüqar İskəndərov, arxiv şəkli
Vüqar İskəndərov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.11.2022
Abunə olmaq
Sosial dəstək proqramı çərçivəsində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4 min, ümumilikdə ötən dövrdə 13 minədək mənzil və fərdi ev verilib.
BAKI, 1 noyabr — Sputnik. Oktyabrın 31-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sifarişi ilə hazırlanan "Unudulmazlar" saytı və mobil tətbiqinin təqdimatı olub.
Report xəbər verir ki, tədbirdə agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov, Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
V.Behbudov bildirib ki, ölkədə şəhid ailələri və müharibə veteranları ilə bağlı genişmiqyaslı sosial dəstək proqramı icra olunur: "Proqram çərçivəsində artıq 119 min şəxsə dəstək yönümlü 243 min xidmət göstərilib. O cümlədən, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4 min, ümumilikdə ötən dövrdə 13 minədək mənzil və fərdi ev verilib. Postmüharibə dövründə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 284 avtomobil, ümumilikdə ötən dövrdə 7500 avtomobil təqdim edilib. 7000-ə yaxın imtiyazlı şəxs isə həmin dövrdə sanator-kurort və müalicə mərkəzlərinə yollayışla təmin olunub. Ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımız, mülki şəhidlərimiz, Vətən müharibəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin cəmiyyətə daha yaxından tanıdılması da diqqətdə saxlanılır. "Unudulmazlar" saytı və mobil tətbiqi bu məqsədə xidmətə edir".
O əlavə edib ki, saytda Prezident İlham Əliyevin müharibə dövründə yazdığı tvitlər, şəhidlərin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin həyat və döyüş yolunu özündə əks etdirən məlumatlar, foto və videolar, təltifləri və ailə üzvləri haqqında məlumatlar təqdim olunur: "Həmçinin ad, soyad, ata adı və digər kriteriyalar üzrə axtarış imkanı yaradılıb. Şəhidlər və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər haqqında dolğun informasiya resursu olan mobil tətbiqi hər kəs İOS və Android sistemlərindən yükləyə bilər".
Deputat Vüqar İskəndərov layihənin vacibliyindən danışıb: "Biz müharibə ilə bağlı çox böyük film çəkməliyik. Həmin film Hollivud səviyyəsində olmalıdır. Məncə hamı razı olar ki, lazım gələrsə, maaş və pensiyalarından 2-3 manat tutulsun, film çəkilsin. Bu layihə qəhrəmanların həm ölkə daxilində, həm də xaricdə tanıdılmasına xidmət edəcək".
Xəbər lenti
0