https://sputnik.az/20221101/bu-gunden-berqmanin-en-meshur-filmleri-bakida-numayis-olunacaq-448113302.html
Bu gündən Berqmanın ən məşhur filmləri Bakıda nümayiş olunacaq
Bu gündən Berqmanın ən məşhur filmləri Bakıda nümayiş olunacaq
Sputnik Azərbaycan
"Berqmanla üzbəüz" layihəsi çərçivəsində filmlər orijinal dildə, azərbaycanca və ingilis dilində altyazılarla nümayiş olunacaq. 01.11.2022, Sputnik Azərbaycan
2022-11-01T14:57+0400
2022-11-01T14:57+0400
2022-11-01T14:57+0400
film
mədəniyyət
nümayiş
kinematoqraf
ittifaq
isveç
https://cdnn1.img.sputnik.az/img/42239/30/422393008_0:92:1341:846_1920x0_80_0_0_c4f9a60c46c28b91c15187d32c7cd16f.jpg
BAKI, 1 noyabr — Sputnik. Bu gündən etibarən Azərbaycan Kinematoqrafçılar İttifaqının İsveç Krallığının Azərbaycandakı səfirliyi ilə əməkdaşlığı çərçivəsində kino və teatr rejissoru, ssenarist İnqmar Berqmanın filmlərinin nümayişi təşkil ediləcək. Nümayiş üçün seçilən filmlər Berqman yaradıcılığının ən parlaq ekran əsərləridir."Berqmanla üzbəüz" layihəsi çərçivəsində noyabr ayının 1-də, 8-də, 15-də və 22-də saat 19:00-da "Azərbaycan" CinemaPlusda "Pıçıltılar və qışqırıqlar", "Yeddinci möhür", "Fanni və Aleksandr", "Persona" filmləri orijinal dildə, azərbaycanca və ingilis dilində altyazılarla nümayiş olunacaq.Filmlərin moderatoru Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, sənətşünas Nadir Bədəlov və kinoşünas Sevda Sultanova olacaq.Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyi layihənin keçrilməsinə dəstək göstərən İsveçin ölkəmizdəki səfirliyinə minnətdarlığını bildirir.Qeyd edək ki, dünya kino tarixində özünəməxsus dəsti-xəttilə seçilən İnqmar Berqman filmlərində insan psixologiyasının dərinliklərinə varmaqdan çəkinmir, kino dilinin sərhədlərini genişləndirir.O, bütün filmlərində demək olar ki, insan və yaradan münasibətlərindəki problemləri ön plana çəkir, ciddi ruhsal mövzuları sərt şəkildə kino dilinə çevirir. Onun uşaqlıq travmaları, xatirələri də hər filmində müəyyən qədər özünü büruzə verir.Dünya kinosuna Bibi Andersson, İnqrid Tulin, Liv Ulman, Maks fon Syudov, Erlanda Yosefson kimi dahi aktyorlar bəxş edib, daimi həmkarı, kinooperator Sven Nyukvistlə təsvir həlləri ilə dünya kinosunun xəzinəsini yaradıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42239/30/422393008_44:0:1295:938_1920x0_80_0_0_64bd051961f4d79dbb743755bc9bf7a8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
film, nümayiş, kinematoqraf, ittifaq, isveç
film, nümayiş, kinematoqraf, ittifaq, isveç
Bu gündən Berqmanın ən məşhur filmləri Bakıda nümayiş olunacaq
"Berqmanla üzbəüz" layihəsi çərçivəsində filmlər orijinal dildə, azərbaycanca və ingilis dilində altyazılarla nümayiş olunacaq.
BAKI, 1 noyabr — Sputnik. Bu gündən etibarən Azərbaycan Kinematoqrafçılar İttifaqının İsveç Krallığının Azərbaycandakı səfirliyi ilə əməkdaşlığı çərçivəsində kino və teatr rejissoru, ssenarist İnqmar Berqmanın filmlərinin nümayişi təşkil ediləcək. Nümayiş üçün seçilən filmlər Berqman yaradıcılığının ən parlaq ekran əsərləridir.
"Berqmanla üzbəüz" layihəsi çərçivəsində noyabr ayının 1-də, 8-də, 15-də və 22-də saat 19:00-da "Azərbaycan" CinemaPlusda "Pıçıltılar və qışqırıqlar", "Yeddinci möhür", "Fanni və Aleksandr", "Persona" filmləri orijinal dildə, azərbaycanca və ingilis dilində altyazılarla nümayiş olunacaq.
Filmlərin moderatoru Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, sənətşünas Nadir Bədəlov və kinoşünas Sevda Sultanova olacaq.
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyi layihənin keçrilməsinə dəstək göstərən İsveçin ölkəmizdəki səfirliyinə minnətdarlığını bildirir.
Qeyd edək ki, dünya kino tarixində özünəməxsus dəsti-xəttilə seçilən İnqmar Berqman filmlərində insan psixologiyasının dərinliklərinə varmaqdan çəkinmir, kino dilinin sərhədlərini genişləndirir.
O, bütün filmlərində demək olar ki, insan və yaradan münasibətlərindəki problemləri ön plana çəkir, ciddi ruhsal mövzuları sərt şəkildə kino dilinə çevirir. Onun uşaqlıq travmaları, xatirələri də hər filmində müəyyən qədər özünü büruzə verir.
Dünya kinosuna Bibi Andersson, İnqrid Tulin, Liv Ulman, Maks fon Syudov, Erlanda Yosefson kimi dahi aktyorlar bəxş edib, daimi həmkarı, kinooperator Sven Nyukvistlə təsvir həlləri ilə dünya kinosunun xəzinəsini yaradıb.