DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Almaniya sakinləri evlərində kiflə mübarizə aparırlar

© Sputnik / СтрингерEvdə qızdırıcını qucaqlayan qız, arxiv şəkli
Evdə qızdırıcını qucaqlayan qız, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.11.2022
Abunə olmaq
İstilik sisteminin olmaması səbəbindən Almaniya əhalisinin evlərinin və mənzillərinin divarları zəhərli kiflə örtülməyə başlayıb.
BAKI, 1 noyabr — Sputnik. Almaniya əhalisi evlərində istilik sisteminin kəsilməsi səbəbindən ciddi problemlə üzləşiblər. Bu barədə "Die Welt" qəzeti yazır.
Jurnalistlərin sözlərinə görə, istilik olmadığından evlərin və mənzillərin divarları zəhərli kiflə örtülməyə başlayıb ki, bu da artıq almanların sağlamlığına təsir edib.
Problem o qədər ciddiləşib ki, Koburqda tikinti, ekologiya, tibb və hüquq sahələrinin mütəxəssislərini bir araya gətirən "kif qurultayı" keçirilib.
Qeyd olunur ki, kifin yayılması istiliyə qənaət etmək istəyən kirayəçilərlə ev sahibləri arasında münaqişələrə səbəb olur.
"İcarə müqaviləsində kirayəçinin mütəmadi olaraq evi havalandırması şərtini qoymaq mümkündür. Ancaq məsələn, müqavilədə evi "gündə dörd dəfə on dəqiqə müddətinə" havalandırmaq qeyd olunursa, tənha işləyən insanların nə etməli olduğu məsələsi ortaya çıxır", - deyə tikinti və memarlıq hüququ üzrə hüquqşünas Patrik Lerx bildirib.
Qərb ölkələri Moskvaya qarşı sanksiyaların tətbiqi və Rusiya yanacağından imtina səbəbindən enerji qiymətlərinin və inflyasiyanın artması ilə üzləşiblər. Yanacağın, ilk növbədə qazın bahalaşması fonunda Avropada sənaye rəqabət üstünlüklərini əhəmiyyətli dərəcədə itirib ki, bu da iqtisadiyyatın digər sahələrinə də təsir edib. Həmçinin, ABŞ və Avropa ölkələri onilliklər ərzində rekord inflyasiya ilə üzləşirlər.
Xəbər lenti
0