https://sputnik.az/20221031/socide-azerbaycan-ve-rusiya-prezidentleri-arasinda-ikiterefli-gorus-kecirilir--448083194.html
Soçidə görüş: Putin Rusiyanın vacib rolunu qiymətləndirdiyi üçün Əliyevə təşəkkür edib
Soçidə görüş: Putin Rusiyanın vacib rolunu qiymətləndirdiyi üçün Əliyevə təşəkkür edib
Sputnik Azərbaycan
Bir qədər sonra Soçidəki “Rus” sanatoriyasının mərkəzi atriumunda Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və... 31.10.2022, Sputnik Azərbaycan
2022-10-31T18:09+0400
2022-10-31T18:09+0400
2022-10-31T18:26+0400
kremldə putin, əliyev, paşinyan görüşü
siyasət
putin
rusiya prezidenti vladimir putin
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1f/448086538_0:85:1341:839_1920x0_80_0_0_110caa891f2574b4f3c7f73f137a9d3c.jpg
BAKI, 31 oktyabr - Sputnik. Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Soçidə keçirdiyi görüş zamanı deyib ki, bugünkü görüşün məqsədi 2020 və 2021-ci illərdə əldə edilmiş bütün razılışamların icrasını təmin etməkdir.“Siz dəfələrlə qeyd etmisiniz ki, Rusiya münaqişənin nizamlanmasında vacib rol oynayıb. Bu qiymətə görə mən sizə minnətdaram. Hazırda sülhməramlı kontingentimiz öz missiyasını yerinə yetirir. Bu gün əlbəttə ki, mövcud vəziyyətlə bağlı danışmaq lazım olacaq, həll olunmayan məsələlərin həll yollarını axtarmaq lazım gələcək. Bununla əlaqədar, bizim tərəfimizdən yaradılan üçtərəfli işçi qrupu qeyd etmək istərdim. Onlar bir çox məsələlərin həllində çox irəli gediblər. Görünür burada da, onlara əlavə impuls vermək lazım gələcək", - deyə Rusiya prezidenti bildirib. O, Azərbaycan tərəfinin də bu əsasda aktiv işlədiyini qeyd edib. "Müzakirə edəcəyimiz məsələlərin dairəsi olduqca böyükdür. Sizi görməyə şadam”, - Putin deyib.***Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş başlayıb.Görüş Soçidə keçirilir.Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 31-də Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Soçi şəhərinə işgüzar səfərə gedib.Bir qədər sonra Soçidəki “Rus” sanatoriyasının mərkəzi atriumunda Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüş olacaq. Görüş tərəflər arasında daha əvvəl əldə edilmiş razılaşmaların həyata keçirilməsinə həsr olunacaq.***Bundan əvvəl Soçidə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub. "Bakı ilə İrəvan arasında münaqişə uzun illərdir ki, davam edir. Ona nə vaxtsa son qoyulmalıdır", - Putin deyib."Münaqişə onilliklərdir ki, davam edir. Və biz buna bir şəkildə son qoymalıyıq. Bilirəm ki, bunun üçün sizin siyasi iradəniz var. Biz istənilən halda bunu dəstəkləyirik. Biz irəliləməyə imkan verəcək əsas məqamları tapmalıyıq", - deyə RF prezidenti əlavə edib. O bildirib ki, rəsmi Moskva bu prosesi dəstəkləyir:"Bilirəm ki, sizin bununla bağlı siyasi iradəniz var. Bütün məsələlərdə razılaşmaq lazımdır. Bu, bizim üçün xüsusi bir vəziyyətdir. Ümid edirəm ki, nizamlanma yolunda irəliyə doğru addımlar ata bilərik", - Putin söyləyib.Rusiya prezidenti ümid etdiyini bildirib ki, Soçidəki danışıqlar mövcud vəziyyəti müzakirə etmək üçün növbəti fürsət olacaq. Onun fikrincə, indi ən başlıcası sülhə nail olmaq və iqtisadi inkişaf üçün şərait yaratmaqdır: bu vəzifə həm də 2020-ci ilin noyabrında, hərbi əməliyyatları dayandırmaq lazım olan vaxt qarşıya qoyulub.Putin görüşün yekunlarına əsasən irəliləyişin mümkün olacağına ümid etdiyini, bunun Rusiya və Ermənistanın “qədim dövrlərdən” strateji müttəfiq və tərəfdaş olmasından irəli gəldiyini deyib.***Oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Soçi şəhərinə işgüzar səfərə gəlib. Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.Səfərdə İlham Əliyevi Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və digər rəsmi şəxslər müşayiət edirlər.Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti də Rusiyanın Soçi şəhərində səfərdədir. Ermənistan KİV-inin yaydığı məlumata görə, hökumət başçısını müavini Mqer Qriqoryan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan və digər vəzifəli şəxslər müşayiət edirlər.Məlumata görə, Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan da nümayəndə heyətinə qoşulacaq.Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistan Baş naziri Nikol Paşinyanı Rusiyada üçtərəfli görüşə dəvət etmişdi.Qeyd edək ki, oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə görüş keçirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1f/448086538_11:0:1304:970_1920x0_80_0_0_851c4942ce95d31bd01033f70320f742.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kremldə putin, əliyev, paşinyan görüşü, видео, putin, rusiya prezidenti vladimir putin, prezident ilham əliyev
kremldə putin, əliyev, paşinyan görüşü, видео, putin, rusiya prezidenti vladimir putin, prezident ilham əliyev
Soçidə görüş: Putin Rusiyanın vacib rolunu qiymətləndirdiyi üçün Əliyevə təşəkkür edib
18:09 31.10.2022 (Yenilənib: 18:26 31.10.2022) Bir qədər sonra Soçidəki “Rus” sanatoriyasının mərkəzi atriumunda Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüş olacaq.
BAKI, 31 oktyabr - Sputnik. Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Soçidə keçirdiyi görüş zamanı deyib ki, bugünkü görüşün məqsədi 2020 və 2021-ci illərdə əldə edilmiş bütün razılışamların icrasını təmin etməkdir.
“Siz dəfələrlə qeyd etmisiniz ki, Rusiya münaqişənin nizamlanmasında vacib rol oynayıb. Bu qiymətə görə mən sizə minnətdaram. Hazırda sülhməramlı kontingentimiz öz missiyasını yerinə yetirir. Bu gün əlbəttə ki, mövcud vəziyyətlə bağlı danışmaq lazım olacaq, həll olunmayan məsələlərin həll yollarını axtarmaq lazım gələcək. Bununla əlaqədar, bizim tərəfimizdən yaradılan üçtərəfli işçi qrupu qeyd etmək istərdim. Onlar bir çox məsələlərin həllində çox irəli gediblər. Görünür burada da, onlara əlavə impuls vermək lazım gələcək", - deyə Rusiya prezidenti bildirib.
O, Azərbaycan tərəfinin də bu əsasda aktiv işlədiyini qeyd edib.
"Müzakirə edəcəyimiz məsələlərin dairəsi olduqca böyükdür. Sizi görməyə şadam”, - Putin deyib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş başlayıb.
Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 31-də Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Soçi şəhərinə işgüzar səfərə gedib.
Bir qədər sonra Soçidəki “Rus” sanatoriyasının mərkəzi atriumunda Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüş olacaq.
Görüş tərəflər arasında daha əvvəl əldə edilmiş razılaşmaların həyata keçirilməsinə həsr olunacaq.
Bundan əvvəl Soçidə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub.
"Bakı ilə İrəvan arasında münaqişə uzun illərdir ki, davam edir. Ona nə vaxtsa son qoyulmalıdır", - Putin deyib.
"Münaqişə onilliklərdir ki, davam edir. Və biz buna bir şəkildə son qoymalıyıq. Bilirəm ki, bunun üçün sizin siyasi iradəniz var. Biz istənilən halda bunu dəstəkləyirik. Biz irəliləməyə imkan verəcək əsas məqamları tapmalıyıq", - deyə RF prezidenti əlavə edib.
O bildirib ki, rəsmi Moskva bu prosesi dəstəkləyir:
"Bilirəm ki, sizin bununla bağlı siyasi iradəniz var. Bütün məsələlərdə razılaşmaq lazımdır. Bu, bizim üçün xüsusi bir vəziyyətdir. Ümid edirəm ki, nizamlanma yolunda irəliyə doğru addımlar ata bilərik", - Putin söyləyib.
Rusiya prezidenti ümid etdiyini bildirib ki, Soçidəki danışıqlar mövcud vəziyyəti müzakirə etmək üçün növbəti fürsət olacaq. Onun fikrincə, indi ən başlıcası sülhə nail olmaq və iqtisadi inkişaf üçün şərait yaratmaqdır: bu vəzifə həm də 2020-ci ilin noyabrında, hərbi əməliyyatları dayandırmaq lazım olan vaxt qarşıya qoyulub.
Putin görüşün yekunlarına əsasən irəliləyişin mümkün olacağına ümid etdiyini, bunun Rusiya və Ermənistanın “qədim dövrlərdən” strateji müttəfiq və tərəfdaş olmasından irəli gəldiyini deyib.
Oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Soçi şəhərinə işgüzar səfərə gəlib. Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Səfərdə İlham Əliyevi Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və digər rəsmi şəxslər müşayiət edirlər.
Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti də Rusiyanın Soçi şəhərində səfərdədir. Ermənistan KİV-inin yaydığı məlumata görə, hökumət başçısını müavini Mqer Qriqoryan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan və digər vəzifəli şəxslər müşayiət edirlər.
Məlumata görə, Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan da nümayəndə heyətinə qoşulacaq.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistan Baş naziri Nikol Paşinyanı Rusiyada üçtərəfli görüşə dəvət etmişdi.
Qeyd edək ki, oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə görüş keçirilib.