SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ilə bağlı ictimai dinləmə keçiriləcək

© Joe Raedle / Getty Images / AFPSənədin imzalanması, arxiv şəkli
Sənədin imzalanması, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.10.2022
Abunə olmaq
Bu qanun siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinə nəzarət, fəaliyyətinin dayandırılması və bərpası, ləğvi qaydasını, həmçinin siyasi partiyanın fəaliyyətinin təşkili, üzvlük və maddi təminat məsələlərini müəyyən edir.
BAKI, 31 oktyabr — Sputnik. Milli Məclisdə parlamentdə təmsil olunan bütün siyasi partiya nümayəndələrinin müraciəti əsasında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması üzrə iş davam edir.
Parlamentdən bildiriblər ki, yeni qanun layihəsi ilə bağlı növbəti ictimai dinləmənin noyabrın 4-də keçirilməsi gözlənilir.
Xatırladaq ki, Milli Məclisin sədri Sahibə Qafarovanın tapşırığına əsasən, parlamentdə "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması üzərində iş davam edir. Ölkəmizdə dövlət qeydiyyatına alınmış 39 siyasi partiya yeni qanun layihəsi ilə bağlı təkliflərini artıq Milli Məclisə təqdim edib. Yeni qanun layihəsinin hazırlanması prosesində 20-dən artıq ölkənin bu sahədə təcrübəsi və Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələri də nəzərdən keçirilib.
Bu qanun siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinə nəzarət, fəaliyyətinin dayandırılması və bərpası, ləğvi qaydasını, həmçinin siyasi partiyanın fəaliyyətinin təşkili, üzvlük və maddi təminat məsələlərini müəyyən edir.
Layihəyə əsasən, siyasi partiyaların dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilməyəcək.
Layihəyə əsasən, siyasi partiyanın qərargahı Azərbaycan Respublikasında yerləşməlidir. Siyasi partiya fəaliyyətini Azərbaycan Respublikasının bütün ərazisində həyata keçirə bilər.
Siyasi partiyanın bütün xalqın adından danışmaq və bütün xalqın adından müraciət etmək hüququ yoxdur.
Siyasi partiyalar öz hüquqlarından sui-istifadə etməməlidir.
Siyasi partiyaya üzv olmaq kişi və qadınlar üçün eyni şərtlərlə mümkün olmalıdır və onlar üçün bərabər imkanlar yaradılmalıdır.
Siyasi partiyanın Nizamnaməsi həmin partiyanın fəaliyyətində əlilliyi olan şəxslərin iştirakını məhdudlaşdırmamalıdır.
Siyasi partiyanın fəaliyyətinin dayandırıldığı dövrdə və ya ləğvinin dövlət qeydiyyatına alındığı halda onun hər hansı formada fəaliyyət göstərməsi (bu Qanunla müəyyən edilmiş hərəkətlər istisna olmaqla), o cümlədən partiya orqanlarının (struktur qurumlarının) və üzvlərinin siyasi partiyanın adından çıxış etməsi və ya fəaliyyət göstərməsi, toplantıların keçirilməsi, maliyyə əməliyyatlarının aparılması, yaxud onun fəaliyyətinin qanunsuz təşkilində və ya işində iştirak qadağandır.
Siyasi partiyanın səlahiyyət müddəti bitmiş orqanları (struktur qurumları) tərəfindən partiyanın fəaliyyəti ilə əlaqədar hər hansı hərəkətlərin edilməsi, o cümlədən qərarların qəbul edilməsi və ya sənədlərin imzalanması da qadağan edilir.
Xəbər lenti
0