https://sputnik.az/20221031/sahibe-qafarova-sankt-peterburqlu-qonaqlari-qebul-edib-448081433.html
Sahibə Qafarova Sankt-peterburqlu qonaqları qəbul edib
Sahibə Qafarova Sankt-peterburqlu qonaqları qəbul edib
Sputnik Azərbaycan
Görüşdə Milli Məclisin həm Federasiya Şurası, həm də Dövlət Duması ilə qarşılıqlı münasibətləri, beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıq... 31.10.2022, Sputnik Azərbaycan
2022-10-31T20:15+0400
2022-10-31T20:15+0400
2022-10-31T20:15+0400
sahibə qafarova
siyasət
milli məclis
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/19/434571239_0:0:1200:676_1920x0_80_0_0_46a736abfb2737af33d47bcd84c0448d.jpg
BAKI, 31 oktyabr — Sputnik. Oktyabrın 31-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Aleksandr Belskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.Parlamentdən bildiriblər ki, görüşdə qarşılıqlı səfərlərin əhəmiyyətindən danışılıb, cari ildə Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğu xatırlanlb, iki ölkə arasında əməkdaşlığın inkişafında dövlət başçılarının şəxsi münasibətlərinin rolu vurğulanıb.Söhbət zamanı qarşılıqlı münasibətlərdə siyasi, iqtisadi, humanitar, parlamentlərarası əməkdaşlığın, iki ölkənin regionları arasında münasibətlərin əhəmiyyəti vurğulanıb.Görüşdə Milli Məclisin həm Federasiya Şurası, həm də Dövlət Duması ilə qarşılıqlı münasibətləri, beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıq, parlamentlərarası dostluq qruplarının fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.Tədbirdə Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov və digər rəsmi şəxslər iştirak ediblər.Xatırladaq ki, Azərbaycanda səfərdə olan Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Aleksandr Belskinin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 31-də Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.Əvvəlcə nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.Sonra Şəhidlər xiyabanına gələn nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları önünə gül dəstələri qoyub, "Əbədi məşəl" abidəsini ziyarət edib.Sonda Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov və digər rəsmi şəxslər müşayiət ediblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/19/434571239_80:0:1064:738_1920x0_80_0_0_91630f0c778a90f8044aed92dbbde859.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
sahibə qafarova, milli məclis
sahibə qafarova, milli məclis
Sahibə Qafarova Sankt-peterburqlu qonaqları qəbul edib
Görüşdə Milli Məclisin həm Federasiya Şurası, həm də Dövlət Duması ilə qarşılıqlı münasibətləri, beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıq, parlamentlərarası dostluq qruplarının fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.
BAKI, 31 oktyabr — Sputnik. Oktyabrın 31-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Aleksandr Belskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Parlamentdən bildiriblər ki, görüşdə qarşılıqlı səfərlərin əhəmiyyətindən danışılıb, cari ildə Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğu xatırlanlb, iki ölkə arasında əməkdaşlığın inkişafında dövlət başçılarının şəxsi münasibətlərinin rolu vurğulanıb.
Söhbət zamanı qarşılıqlı münasibətlərdə siyasi, iqtisadi, humanitar, parlamentlərarası əməkdaşlığın, iki ölkənin regionları arasında münasibətlərin əhəmiyyəti vurğulanıb.
Görüşdə Milli Məclisin həm Federasiya Şurası, həm də Dövlət Duması ilə qarşılıqlı münasibətləri, beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıq, parlamentlərarası dostluq qruplarının fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.
Tədbirdə Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov və digər rəsmi şəxslər iştirak ediblər.
Xatırladaq ki, Azərbaycanda səfərdə olan Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Aleksandr Belskinin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 31-də Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.
Əvvəlcə nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.
Sonra Şəhidlər xiyabanına gələn nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları önünə gül dəstələri qoyub, "Əbədi məşəl" abidəsini ziyarət edib.
Sonda Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov və digər rəsmi şəxslər müşayiət ediblər.