SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Millət vəkili: "Son vaxtlar verilən bəyanatlar sülh prosesinə mənfi təsir edir"

© Sputnik / Murad OrujovArzu Nağıyev
Arzu Nağıyev - Sputnik Azərbaycan, 1920, 31.10.2022
Abunə olmaq
Millət vəkili Arzu Nağıyev deyib ki, bölgədə Rusiya və ABŞ-ın nüfuz yarışında hər iki tərəfin səsləndirdiyi bəyanatlar ortadadır.
BAKI, 31 oktyabr — Sputnik. "Düşünürəm ki, son vaxtlar verilən bəyanatlar, Zəngəzur dəhlizi ilə bağlı səsləndirilən fikirlər, Ermənistanın sülhməramlıların mandat müddətinin uzadılması ilə bağlı təklifləri, bölgəyə Aİ müşahidəçilərinin gəlməsi, mövcud sülh prosesinə mənfi təsir edən amillərdir".
Bunu millət vəkili Arzu Nağıyev bu gün Rusiya prezidentinin iştirakı ilə keçirilən Azərbaycan və Ermənistan liderlərinin Soçi görüşündən gözləntiləri şərh edərkən deyib.
Onun fikrincə, bu baxımdan, hazırda Soçidə keçirilən görüş vacib əhəmiyyət kəsb edir.
"Azərbaycan qalib tərəf kimi bu görüşdə iştirak edir. Eyni zamanda, sülh danışıqlarında Azərbaycan tərəfindən irəli sürülmüş beş təklif var. Bu təkliflərin icra edilməsi üçün də vacib addımların atılmasına lazımdır. Hazırkı geosiyasi şəraitdə bu görüşü mühüm hesab edirəm. Bölgədə Rusiya və ABŞ-ın nüfuz yarışında hər iki tərəfin səsləndirdiyi bəyanatlar ortadadır. Bütün məsələlərin həllini tapması üçün, eyni zamanda sülhməramlıların yerləşdiyi ərazidə separatçıların davranışlarının aydınlaşdırılmasına ehtiyac var" – deyə millət vəkili bildirib.
Oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Soçi şəhərinə işgüzar səfərə gəlib.
Səfərdə İlham Əliyevi Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və digər rəsmi şəxslər müşayiət edir.
Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti də Rusiyanın Soçi şəhərində səfərdədir. Ermənistan KİV-lərinin yaydığı məlumata görə, hökumət başçısını müavini Mqer Qriqoryan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan və digər vəzifəli şəxslər müşaiyət edir.
Məlumata görə, Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan da nümayəndə heyətinə qoşulacaq.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanı və Azərbaycan Prezidenti İlham Əliyevi Rusiyada üçtərəfli görüş dəvət etmişdi.
Qeyd edək ki, oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə görüş keçirilib.
Xəbər lenti
0