Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların yerdəyişməsi başlayır

© AR Ministry of EducationMəktəbəhazırlıq qrupu
Məktəbəhazırlıq qrupu - Sputnik Azərbaycan, 1920, 31.10.2022
Abunə olmaq
Şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.
BAKI, 31 oktyabr — Sputnik. Noyabrın 1-i saat 11:00-dan etibarən məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların elektron yerdəyişməsi prosesinə start veriləcək. Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib. Uşaqların yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.
Qeyd edək ki, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.
Xatırladaq ki, oktyabrın 17-dən ümumtəhsil məktəblərində şagirdlərin elektron yerdəyişməsi prosesinə yenidən start verilib. Müxtəlif səbəblərdən X siniflərə qeydiyyat üçün gecikən şagirdlər də 17-31 oktyabrda ümumi təhsil müəssisələrinə qəbul üçün müraciət edə bilərlər. Qəbul şagird yerdəyişməsi elektron sistemi üzərindən həyata keçirilir.
Xəbər lenti
0