CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gürcüstan həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlandı

© AFP 2023 / DOMINIQUE FAGETHəbsxana
Həbsxana - Sputnik Azərbaycan, 1920, 31.10.2022
Abunə olmaq
Milli Statistika İdarəsinin sentyabr ayı üzrə hesabatında bildirilib ki, həbsdə olan Azərbaycan vətəndaşlarından 89-u kişi, 9-u isə qadındır.
BAKI, 31 oktyabr — Sputnik. Gürcüstan həbsxanalarında 99 Azərbaycan vətəndaşı saxlanılır.
Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin sentyabr ayı üzrə hesabatında bildirilib. Qeyd olunub ki, həbsdə olan Azərbaycan vətəndaşlarından 89-u kişi, 9-u isə qadındır. Onlardan 73-nə hökm oxunub, 16-na qarşı isə ittiham irəli sürülüb.
Həbs edilmiş Azərbaycan vətəndaşlarından 2-si isə yetkinlik yaşına çatmayanlardır.
Hazırda Gürcüstanda probasiya nəzarətində saxlanılan Azərbaycan vətəndaşlarının sayı isə 43 nəfər təşkil edir.
Xəbər lenti
0