SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Əliyev Putinə: "Qarabağ münaqişəsi artıq tarixdir"

© Sputnik / POOL / Mediabanka keçidAzərbaycan Prezidenti İlham Əliyev və Rusiya lideri Vladimir Putin Astanada
Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya lideri Vladimir Putin Astanada - Sputnik Azərbaycan, 1920, 31.10.2022
Abunə olmaq
Azərbaycanın dövlət başçısı Putinin diqqətə çatdırıb ki, Azərbaycan bu yaxınlarda 5 əsas prinsip irəli sürüb və onların əsasında Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşdırılmalıdır.
BAKI. 31 oktyabr - Sputnik. "Qarabağ münaqişəsi artıq tarixdir".
Bu sözləri Prezident İlham Əliyev Soçidə Rusiya dövlət başçısı Vladimir Putinlə ikitərəfli görüşündə çıxış edərkən deyib.
Dövlət başçısı diqqətə çatdırıb ki, Qarabağ münaqişəsi 2 il əvvəl həll edilib və bu kontekstdə praktiki olaraq müzakirə olunacaq nəsə yoxdur.
“Qarabağ münaqişəsi artıq tarixdə qalıb, iki il əvvəl həll olunub. Buna görə də bu kontekstdə praktiki olaraq müzakirə olunacaq heç nə yoxdur və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması çox ciddi addımlar tələb olunduğu formatdır”, - Əliyev deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan bu yaxınlarda 5 əsas prinsip irəli sürüb:
"Onların əsasında Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşdırılmalıdır. Bütün bunlar beynəlxalq hüququn əsas prinsipləridir. Hesab edirəm ki, bunun əsasında normallaşmaya nail olmaq olar”.
Onun sözlərinə görə, bugünkü iclas regional məsələlərə həsr olunub.
“İndi Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmağın və hərəkət etməyin vaxtı çatıb. Təbii ki, biz bu məsələdə sizin şəxsi rolunuzu yüksək qiymətləndiririk. Bir az sonra keçiriləcək bugünkü üçtərəfli görüş birinci olmayacaq. Sizin təşəbbüsünüzlə belə görüşlər keçirilib və bu, normallaşma prosesinə çox yaxşı təkan verib”, - deyə Əliyev Putinə bildirib.
Prezident İlham Əliyev 2 il əvvəl Qarabağ münaqişəsinin nizamlanmasında oynadığı rola görə Vladimir Putinə bir daha təşəkkür edib.
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Soçidə keçirdiyi görüş zamanı deyib ki, bugünkü görüşün məqsədi 2020 və 2021-ci illərdə əldə edilmiş bütün razılışamların icrasını təmin etməkdir.
“Siz dəfələrlə qeyd etmisiniz ki, Rusiya münaqişənin nizamlanmasında vacib rol oynayıb. Bu qiymətə görə mən sizə minnətdaram. Hazırda sülhməramlı kontingentimiz öz missiyasını yerinə yetirir. Bu gün əlbəttə ki, mövcud vəziyyətlə bağlı danışmaq lazım olacaq, həll olunmayan məsələlərin həll yollarını axtarmaq lazım gələcək. Bununla əlaqədar, bizim tərəfimizdən yaradılan üçtərəfli işçi qrupu qeyd etmək istərdim. Onlar bir çox məsələlərin həllində çox irəli gediblər. Görünür burada da, onlara əlavə impuls vermək lazım gələcək", - deyə Rusiya prezidenti bildirib.
O, Azərbaycan tərəfinin də bu əsasda aktiv işlədiyini qeyd edib.
"Müzakirə edəcəyimiz məsələlərin dairəsi olduqca böyükdür. Sizi görməyə şadam”, - Putin deyib.
Xatyırladaq ki, bundan əvvəl Soçidə Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub.
Bir qədər sonra Soçidəki “Rus” sanatoriyasının mərkəzi atriumunda Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüş olacaq.
Görüş tərəflər arasında daha əvvəl əldə edilmiş razılaşmaların həyata keçirilməsinə həsr olunacaq.
Xəbər lenti
0