https://sputnik.az/20221031/deputatlar-tezlikle-srailde-azerbaycan-sefirliyinin-acilmasini-zeruri-sayirlar-448074036.html
Deputatlar tezliklə İsraildə Azərbaycan səfirliyinin açılmasını zəruri sayırlar
Deputatlar tezliklə İsraildə Azərbaycan səfirliyinin açılmasını zəruri sayırlar
Sputnik Azərbaycan
Asim Mollazadə səfirliyin açılma zərurətindən bəhs edərkən deyib ki, İsrail Ermənistanla müharibə zamanı Azərbaycana ciddi şəkildə həm siyasi, həm də yeni... 31.10.2022, Sputnik Azərbaycan
2022-10-31T16:45+0400
2022-10-31T16:45+0400
2022-10-31T16:45+0400
təl-əviv
siyasət
israil
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/02/436871406_0:0:3073:1728_1920x0_80_0_0_7e597badd7fb58a2aaf1e6e708c7549e.jpg
BAKI, 31 oktyabr — Sputnik. "Artıq Azərbaycanın İsraildə səfirlik açmasının zamanı yetişib. İki ölkə arasında münasibətlər həmişə normal olub və onlar mümkün sahələrdə əməkdaşlıq ediblər.Bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə Sputnik Azərbaycan-a İsrail mediasında səfirliyin açıla biləcəyi xəbərinə münasibət bildirərkən deyib.Deputat qeyd edib ki, artıq İsrail İslam dünyasının bir çox ölkələri ilə münasibətlərini normallaşdırıb: "O cümlədən Azərbaycan artıq İsraildə səfirlik aça bilər. Bunun üçün imkanlar var, digər məsələlər isə ikitərəfli məsləhətləşmələrdə həll edilə bilər. Prinsip etibarilə ölkələrimiz arasında münasibətlərin inkişaf etməsi həm regionda, həm də dünyada sülhə xidmət edən məsələlərdəndir. Necə ki, bu gün Azərbaycan vaxtilə torpaqlarımızı işğal etmiş Ermənistanla normal qonşuluq, o cümlədən diplomatik münasibətlərin yaranmasını təklif edir".Milli Məclisin deputatı Asim Mollazadə də Sputnik Azərbaycan-a açıqlamasında yaxın vaxtlarda Azərbaycanın İsraildə səfirlik açacağına ümid etdiyini deyib:"Bu barədə Prezident İlham Əliyev də vaxtında məlumat vermişdi. Səfirliyin açılmasına böyük zərurət var. İsrail Azərbaycanla dost və tərəfdaş ölkədir".Deputat xatırladıb ki, İsrail Ermənistanla müharibə zamanı Azərbaycana ciddi şəkildə həm siyasi, həm də yeni, müasir silahlarla dəstək verib: "Ona görə də çoxşaxəli əməkdaşlığımız davam etdirilməlidir. İsrail eyni zamanda Azərbaycanın "Böyük Qayıdış" proqramında da iştirak edir və İsrail şirkətləri Qarabağın bərpasında Azərbaycana öz dəstəyini verirlər".Qeyd edək ki, İsrailin Dövlət Radio və Televiziyası məlumat yayıb ki, Azərbaycan yaxın vaxtlarda İsraildə səfirlik aça bilər. Bildirilir ki, bütün gecikmələr əsasən texniki məsələlərlə bağlıdır.İsrail KİV-ləri yüksək rütbəli rəsmi şəxslərə istinadən bildirib ki, Bakı və Təl-Əviv səfirliyin açılması ilə bağlı intensiv danışıqlar aparır."İki ölkə arasında diplomatik əlaqələr 30 ildir ki, mövcuddur. Lakin Azərbaycan hələ də səfirlik açmayıb, baxmayaraq ki, İsraillə Azərbaycan arasında münasibətlər əladır", - deyə məlumatda bildirilib.Xatırladaq ki, 25 dekabr 1991-ci il tarixində İsrail Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıyıb. İki ölkə arasındakı diplomatik münasibətlər 7 aprel 1992-ci il tarixində qurulub. 1993-cü ilin avqustundan İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/02/436871406_119:0:2850:2048_1920x0_80_0_0_555725f7be5120c37aa0061d6df0e6f0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
təl-əviv, israil
Deputatlar tezliklə İsraildə Azərbaycan səfirliyinin açılmasını zəruri sayırlar
Asim Mollazadə səfirliyin açılma zərurətindən bəhs edərkən deyib ki, İsrail Ermənistanla müharibə zamanı Azərbaycana ciddi şəkildə həm siyasi, həm də yeni, müasir silahlarla dəstək verib.
BAKI, 31 oktyabr — Sputnik. "Artıq Azərbaycanın İsraildə səfirlik açmasının zamanı yetişib. İki ölkə arasında münasibətlər həmişə normal olub və onlar mümkün sahələrdə əməkdaşlıq ediblər.
Bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə Sputnik Azərbaycan-a İsrail mediasında səfirliyin açıla biləcəyi xəbərinə münasibət bildirərkən deyib.
Deputat qeyd edib ki, artıq İsrail İslam dünyasının bir çox ölkələri ilə münasibətlərini normallaşdırıb: "O cümlədən Azərbaycan artıq İsraildə səfirlik aça bilər. Bunun üçün imkanlar var, digər məsələlər isə ikitərəfli məsləhətləşmələrdə həll edilə bilər. Prinsip etibarilə ölkələrimiz arasında münasibətlərin inkişaf etməsi həm regionda, həm də dünyada sülhə xidmət edən məsələlərdəndir. Necə ki, bu gün Azərbaycan vaxtilə torpaqlarımızı işğal etmiş Ermənistanla normal qonşuluq, o cümlədən diplomatik münasibətlərin yaranmasını təklif edir".
Milli Məclisin deputatı Asim Mollazadə də Sputnik Azərbaycan-a açıqlamasında yaxın vaxtlarda Azərbaycanın İsraildə səfirlik açacağına ümid etdiyini deyib:
"Bu barədə Prezident İlham Əliyev də vaxtında məlumat vermişdi. Səfirliyin açılmasına böyük zərurət var. İsrail Azərbaycanla dost və tərəfdaş ölkədir".
Deputat xatırladıb ki, İsrail Ermənistanla müharibə zamanı Azərbaycana ciddi şəkildə həm siyasi, həm də yeni, müasir silahlarla dəstək verib:
"Ona görə də çoxşaxəli əməkdaşlığımız davam etdirilməlidir. İsrail eyni zamanda Azərbaycanın "Böyük Qayıdış" proqramında da iştirak edir və İsrail şirkətləri Qarabağın bərpasında Azərbaycana öz dəstəyini verirlər".
Qeyd edək ki, İsrailin Dövlət Radio və Televiziyası məlumat yayıb ki, Azərbaycan yaxın vaxtlarda İsraildə səfirlik aça bilər. Bildirilir ki, bütün gecikmələr əsasən texniki məsələlərlə bağlıdır.
İsrail KİV-ləri yüksək rütbəli rəsmi şəxslərə istinadən bildirib ki, Bakı və Təl-Əviv səfirliyin açılması ilə bağlı intensiv danışıqlar aparır.
"İki ölkə arasında diplomatik əlaqələr 30 ildir ki, mövcuddur. Lakin Azərbaycan hələ də səfirlik açmayıb, baxmayaraq ki, İsraillə Azərbaycan arasında münasibətlər əladır", - deyə məlumatda bildirilib.
Xatırladaq ki, 25 dekabr 1991-ci il tarixində İsrail Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıyıb. İki ölkə arasındakı diplomatik münasibətlər 7 aprel 1992-ci il tarixində qurulub. 1993-cü ilin avqustundan İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir.