Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Buraxılış imtahanları ilə bağlı görüləcək işlərin təqvim planı təsdiqlənib

© Sputnik / Murad Orujovİmtahan, arxiv şəkli
İmtahan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.10.2022
Abunə olmaq
Cari tədris ilində şagirdlərin fərdi və təhsilə aid məlumatlarınının təqvim planına uyğun olaraq, "Şagird-məzun" sisteminə daxil edilməsi təmin edilməlidir.
BAKI, 31 oktyabr — Sputnik. 2022/2023-cü tədris ilində ümumtəhsil müəssisələrində keçiriləcək buraxılış imtahanları və yekun attestasiya ilə əlaqədar görüləcək işlərlə bağlı Dövlət İmtahan Mərkəzinin yeni təqvim planı təsdiq edilib.
Bu barədə mərkəzdən məlumat verilib.
Qeyd olunub ki, "Şagird-məzun" dövlət elektron məlumat sisteminə 2022/2023-cü tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların daxil edilməsi və yekun attestasiyanın aparılması ilə əlaqədar regional təhsil idarələri, rayon (şəhər) təhsil sektorları və ümumtəhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlər üzrə Təqvim planı"nı DİM sədri Məleykə Abbaszadə təsdiqləyib.
Regional təhsil idarələri, rayon (şəhər) təhsil sektorları və ümumtəhsil müəssisələrindən xahiş olunur ki, cari tədris ilində şagirdlərin fərdi və təhsilə aid məlumatlarınının təqvim planına uyğun olaraq, "Şagird-məzun" sisteminə daxil edilməsini təmin etsinlər.
Xəbər lenti
0