Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycanda sabiq məhkəmə hakimi 214 min manat rüşvət almaqda təqsirləndirilir

© pixabay / succoMəhkəmə hakiminin çəkici, arxiv şəkli
Məhkəmə hakiminin çəkici, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.10.2022
Abunə olmaq
İttihama görə, İlyas Mahmudov işlədiyi dövr ərzində icraatında olan digər işlər üzrə qəbul etdiyi 25 qətnaməyə əvvəlcədən bilə-bilə yalan məlumatlar daxil edib.
BAKI, 31 oktyabr — Sputnik. Rüşvət almaqda ittiham olunan sabiq hakim İlyas Mahmudovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən iclasda ittiham aktı elan olunub.
İttihamda göstərilib ki, İlyas Mahmudov 2008-2019-cu illərdə Sumqayıt şəhər Məhkəməsinin hakimi olarkən icraatında olan müxtəlif mülki işlər üzrə iddiaçıların tələblərinin təmin edilməsi barədə bilərəkdən ədalətsiz qətnamə qəbul etməsi müqabilində ayrı-ayrı şəxslərdən rüşvət qismində pul tələb edib.
Bununla əlaqədar o, bilərəkdən 2 halda ədalətsiz qətnamə çıxarıb.
Bundan başqa, İlyas Mahmudov işlədiyi dövr ərzində icraatında olan digər işlər üzrə qəbul etdiyi 25 qətnaməyə əvvəlcədən bilə-bilə yalan məlumatlar daxil edib.
İttiham olunan şəxs həmin dövrdə əmək stajı və əlilliyin müəyyən edilməsi ilə bağlı hüquqi əhəmiyyətli faktları müəyyən edən qanunsuz məhkəmə aktlarının aidiyyəti qurumlara təqdim edilməsinə nail olub, bu hərəkətləri ilə də qanunazidd əsaslarla təyin olunmuş pensiyalar üzrə cəmi 243 441 manat məbləğində ödənişin verilməsinə səbəb olmaqla dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurub.
İttihama görə, sabiq hakim İlyas Mahmudovun cinayət işi üzrə dəymiş ziyan 214 min manat müəyyən olunub.
Toplanmış dəlil və sübutlarla İlyas Mahmudova Cinayət Məcəlləsinin 295.1 (bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərardad çıxarma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.
İş üzrə Dövlət Sosial Müdafiə Fondu zərərçəkmiş qismində tanınıb.
İttihama münasibət bildirən sabiq hakim özünü təqsirli bilməyib.
O, barəsindəki ittihamları tamamilə təkzib edib.
Proses noyabrın 14-də davam etdiriləcək.
Qeyd edək ki, İlyas Mahmudov bu ilin iyul ayında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunub. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Xəbər lenti
0