NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan və Türkmənistan Rusiya şirkətləri üçün "pəncərə" ola bilər

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidBakıya mənzərə, arxiv şəkli
Bakıya mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.10.2022
Abunə olmaq
Vahid Ələkbərov vurğulayıb ki, Rusiyanın Sənayeçilər və Sahibkarlar İttifaqı bazarın azad olması məsələsində israrlıdır.
BAKI, 31 oktyabr — Sputnik. Rusiya neftinə qiymət həddinin tətbiqi sözügedən sahə üzrə sərmayələrin azalmasına səbəb olacaq.
Bunu Rusiyanın Sənayeçilər və Sahibkarlar İttifaqının İdarəetmə Bürosunun üzvü Vahid Ələkbərov deyib.
"Qiymət çox aşağı olarsa, bu zaman sərmayələr azalacaq", - o, ADIPEC çərçivəsində jurnalistlərə bildirib.
Vahid Ələkbərov vurğulayıb ki, Rusiyanın Sənayeçilər və Sahibkarlar İttifaqı bazarın azad olması məsələsində israrlıdır: "Azərbaycan və Türkmənistan Rusiya neft-qaz şirkətləri üçün "pəncərə" ola bilər. Bu gün bizim üçün dost olan bütün ölkələr öyrənilir. Söhbət dəniz kəşfiyyat bloklarından gedir".
Xəbər lenti
0