https://sputnik.az/20221031/azerbaycan-nadir-quslara-ev-sahibliyi-edir-amma-onlari-qoruya-bilmir-448053386.html
Azərbaycan nadir quşlara ev sahibliyi edir, amma onları qoruya bilmir
Azərbaycan nadir quşlara ev sahibliyi edir, amma onları qoruya bilmir
Sputnik Azərbaycan
Zoologiya İnstitutunun "Quruonurğalılar laboratoriyası"nın aparıcı elmi işçisi, biologiya elmləri doktoru Tahir Kərimov deyir ki, nadir quşları qorumaq üçün... 31.10.2022, Sputnik Azərbaycan
2022-10-31T09:30+0400
2022-10-31T09:30+0400
2022-10-31T09:30+0400
quş
cəmiyyət
"qırmızı kitab"
https://cdnn1.img.sputnik.az/img/07e5/03/02/426359339_0:67:1280:787_1920x0_80_0_0_41a869475080467048a277dbad8caae3.jpg
BAKI, 31 oktyabr — Sputnik. Bir neçə gün öncə "Forbes" jurnalında Azərbaycanın nadir quş növlərinə malik olmasından bəhs edilib. "Azərbaycan: Avrasiyada quş müşahidəsinin ən qiymətləndirilməmiş istiqaməti" sərlövhəli məqalədə bu haqda geniş məlumat verilir.Bəs, Azərbaycanda nə qədər belə quş var, onların qeydiyyatı necə aparılır?Zoologiya İnstitutunun "Quruonurğalılar laboratoriyası"nın aparıcı elmi işçisi, biologiya elmləri doktoru Tahir Kərimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkəmiz quşların növ zənginliyinə görə ilk yerlərdən birində qərarlaşıb. Onun sözlərinə görə, bu günədək Azərbaycan faunasında 407 növ quş aşkarlanaraq qeydə alınıb:"Bu quşların içində Azərbaycana qışlamağa, yuvalamağa gələn, sonradan ölkələrinə qayıdan quş növləri də var. Ölkəmiz miqrasiya yolunun üstündə yerləşir, şimaldan cənuba və cənubdan şimala gedən quşlar Azərbaycandan keçib gedir. Bu yollardan birini trans Xəzər, digərini isə trans Qafqaz adlandırırlar. Trans Xəzər yolu ilə gələn quşlar Azərbaycan ərazisində 3-5 gün qalıb yemlənəndən sonra ya müəyyən qoruqlarda qalıb qışlayır, yaxud da buradan cənub ölkələrinə üz tuturlar".O bildirir ki, belə quşların sayı milyonlarladır: "Köçəri quşlar sırasında həmçinin nadir və sayının azalması baxımdan təhlükədə olan quş növləri də var".Kərimovun sözlərinə görə, gələn il Azərbaycan Qırmızı Kitabının üçüncü nəşri çap olunacaq:"Kitabın müəlliflərindən biri də mənəm. Bu kitaba 79 növ daxil etmişik. Birinci kitaba 36, 2013-cü ildə nəşr olunan ikinci kitaba isə 72 növ daxil etmişdik. Bu növlərin əksəriyyəti iri quşlardır. Nadir növlərdən təxminən 40 faizi ölkəmizdə məskunlaşandır. Ümumiyyətlə, nəinki Azərbaycanda, bütün dünyada onların sayı kəskin azalır".Həmsöhbətimiz bildirir ki, artıq çoxsaylı növləri olan quşlar da qırmızı kitaba daxil edilirlər.Bəs bu quşların sayının azalmasının səbəbi nədir?T.Kərimov bildirir ki, bu quşların sayının azalması, yem bitkiləri və yaşayış yerlərini itirməsi müxtəlif səbəblərdən baş verir: "Artıq yer kürəsinin antropogen təsirlər dövrünə qədəm qoyuruq. Ən mənfi təsirlər də elə antropogen - yəni insan tərəfindən təsirlərin olduğu dövrdür. Çünki əkin sahələri artır, sosial-iqtisadi inkişafla əlaqədar landşaftlar, təbii ekosistemlər mənimsənilir. Belə olan halda bir çox növlər öz yerlərini itirirlər. Bu dəfə nəşr olunacaq kitab üçün yırtıcı quşların 20 növünün adının qeyd olunması tövsiyə olunur. Bu quşlar sadəcə olaraq bir bala verirlər. Həmdə 5-7 yaşlarında nəsil verməyə başlayırlar, ölüm faizləri isə yüksək olur. Bütün bu amillər də nəsilvermə qabiliyyətinin aşağı düşməsinə səbəb olur"."Əvvəllər bir göldə 20-30 min qaşqaldaq olardı, indi isə gedirsən bir göldə 150-200 qaşqaldaq var. Bunun da səbəbi iqlim istiləşmələri ilə əlaqədar olaraq yaşayış yerlərinin daha da şimala çəkilməsidir. Bu kimi amillər Azərbaycanda da bir çox növlərin itirilməsinə səbəb olur", - deyə o əlavə edib.Kərkəzlərin Azərbaycanda ən iri quşlardan biri olduğunu, çəkisinin 10 kiloqramdan artıq olduğunu deyən həmsöhbətimiz bildirir ki, leşlə qidalanan bu quşlarla bağlı aparılan arşdırmalar onların İranın Fars körfəzinin sahilinə, Xəzərə, Ərəbistana qədər yem üçün getdiklərini göstərir:"Nəticələr göstərir ki, bu quşların çoxu ya yolda ölüb tələf olur, ya da ki geri qayıtmırlar. Azərbaycanda bu quşların sayının azalmasının səbəblərindən biri də budur. Yəni, bu quşlar getdikləri ölkələrdə əlverişli yem bazası tapır və bu səbəbdən də qayıtmırlar".Biomüxtəlifliyin qorunması üçün nə etməli?T.Kərimov qeyd edir ki, Azərbaycanda da biomüxtəlifliyin qorunması üçün milli fəaliyyət planı, hüquqi baza var. Mexanizmlərə gəldikdə isə bunun üçün milli parklar, yataqlıqlar, qoruqlar var. Bu istiqamətdə dövlət tərəfindən müvafiq tədbirlər görülməlidir:"Düşünürəm ki, əhali daha çox maariflənərsə, bu quşları daha çox qorumuş olarıq".Maraqlıdır ki, nadir quşlar necə qeydə alınır?Həmsöhbətimiz bildirir ki, klassik metoda əsasən müəyyən ərazidə marşrutla hərəkət edərkən bu qeydiyyatı aparmaq mümkündür: "Elə quşlar var, onların yuvalaması 5-6 ay çəkir. Stasionar müşahidəyə əsasən - teleskop, binokl, GPS, fotoaparatla müvafiq yerdə dayanıb müşahidə aparmaq mümkündür. Lakin son vaxtlar radiotelemetriyaya üstünlük verirlər. Quşların üzərinə cihaz yerləşdirməklə onların hərəkəti, hansı istiqamətlərə getmələri, hansı ölkədən hansı ölkəyə miqrasiya etmələri, ölümləri qeydə alınır. Düzdür, bu üsul hələ ki, bizdə tətbiq edilmir".Mütəxəssisin sözlərinə görə, kosmik izləmə, dronlarla izləmə, Gis proqramı da var. Lakin hələlik Azərbaycanda bu istiqamətdə nə ləvazimat var, nə də ki, o ləvazımatlarla davranmağa qadir olan mütəxəssis.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/02/426359339_72:0:1209:853_1920x0_80_0_0_949aeaef28f9cd9f07d1dc1002d06d3f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
quş, "qırmızı kitab"
Azərbaycan nadir quşlara ev sahibliyi edir, amma onları qoruya bilmir
Zoologiya İnstitutunun "Quruonurğalılar laboratoriyası"nın aparıcı elmi işçisi, biologiya elmləri doktoru Tahir Kərimov deyir ki, nadir quşları qorumaq üçün ölkəmizdə yetərincə qida və şərait yoxdur.
BAKI, 31 oktyabr — Sputnik. Bir neçə gün öncə "Forbes" jurnalında Azərbaycanın nadir quş növlərinə malik olmasından bəhs edilib. "Azərbaycan: Avrasiyada quş müşahidəsinin ən qiymətləndirilməmiş istiqaməti" sərlövhəli məqalədə bu haqda geniş məlumat verilir.
Bəs, Azərbaycanda nə qədər belə quş var, onların qeydiyyatı necə aparılır?
Zoologiya İnstitutunun "Quruonurğalılar laboratoriyası"nın aparıcı elmi işçisi, biologiya elmləri doktoru Tahir Kərimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkəmiz quşların növ zənginliyinə görə ilk yerlərdən birində qərarlaşıb. Onun sözlərinə görə, bu günədək Azərbaycan faunasında 407 növ quş aşkarlanaraq qeydə alınıb:
"Bu quşların içində Azərbaycana qışlamağa, yuvalamağa gələn, sonradan ölkələrinə qayıdan quş növləri də var. Ölkəmiz miqrasiya yolunun üstündə yerləşir, şimaldan cənuba və cənubdan şimala gedən quşlar Azərbaycandan keçib gedir. Bu yollardan birini trans Xəzər, digərini isə trans Qafqaz adlandırırlar. Trans Xəzər yolu ilə gələn quşlar Azərbaycan ərazisində 3-5 gün qalıb yemlənəndən sonra ya müəyyən qoruqlarda qalıb qışlayır, yaxud da buradan cənub ölkələrinə üz tuturlar".
O bildirir ki, belə quşların sayı milyonlarladır: "Köçəri quşlar sırasında həmçinin nadir və sayının azalması baxımdan təhlükədə olan quş növləri də var".
Kərimovun sözlərinə görə, gələn il Azərbaycan Qırmızı Kitabının üçüncü nəşri çap olunacaq:
"Kitabın müəlliflərindən biri də mənəm. Bu kitaba 79 növ daxil etmişik. Birinci kitaba 36, 2013-cü ildə nəşr olunan ikinci kitaba isə 72 növ daxil etmişdik. Bu növlərin əksəriyyəti iri quşlardır. Nadir növlərdən təxminən 40 faizi ölkəmizdə məskunlaşandır. Ümumiyyətlə, nəinki Azərbaycanda, bütün dünyada onların sayı kəskin azalır".
Həmsöhbətimiz bildirir ki, artıq çoxsaylı növləri olan quşlar da qırmızı kitaba daxil edilirlər.
Bəs bu quşların sayının azalmasının səbəbi nədir?
T.Kərimov bildirir ki, bu quşların sayının azalması, yem bitkiləri və yaşayış yerlərini itirməsi müxtəlif səbəblərdən baş verir: "Artıq yer kürəsinin antropogen təsirlər dövrünə qədəm qoyuruq. Ən mənfi təsirlər də elə antropogen - yəni insan tərəfindən təsirlərin olduğu dövrdür. Çünki əkin sahələri artır, sosial-iqtisadi inkişafla əlaqədar landşaftlar, təbii ekosistemlər mənimsənilir.
Belə olan halda bir çox növlər öz yerlərini itirirlər. Bu dəfə nəşr olunacaq kitab üçün yırtıcı quşların 20 növünün adının qeyd olunması tövsiyə olunur. Bu quşlar sadəcə olaraq bir bala verirlər. Həmdə 5-7 yaşlarında nəsil verməyə başlayırlar, ölüm faizləri isə yüksək olur. Bütün bu amillər də nəsilvermə qabiliyyətinin aşağı düşməsinə səbəb olur".
"Əvvəllər bir göldə 20-30 min qaşqaldaq olardı, indi isə gedirsən bir göldə 150-200 qaşqaldaq var. Bunun da səbəbi iqlim istiləşmələri ilə əlaqədar olaraq yaşayış yerlərinin daha da şimala çəkilməsidir. Bu kimi amillər Azərbaycanda da bir çox növlərin itirilməsinə səbəb olur", - deyə o əlavə edib.
Kərkəzlərin Azərbaycanda ən iri quşlardan biri olduğunu, çəkisinin 10 kiloqramdan artıq olduğunu deyən həmsöhbətimiz bildirir ki, leşlə qidalanan bu quşlarla bağlı aparılan arşdırmalar onların İranın Fars körfəzinin sahilinə, Xəzərə, Ərəbistana qədər yem üçün getdiklərini göstərir:
"Nəticələr göstərir ki, bu quşların çoxu ya yolda ölüb tələf olur, ya da ki geri qayıtmırlar. Azərbaycanda bu quşların sayının azalmasının səbəblərindən biri də budur. Yəni, bu quşlar getdikləri ölkələrdə əlverişli yem bazası tapır və bu səbəbdən də qayıtmırlar".
Biomüxtəlifliyin qorunması üçün nə etməli?
T.Kərimov qeyd edir ki, Azərbaycanda da biomüxtəlifliyin qorunması üçün milli fəaliyyət planı, hüquqi baza var. Mexanizmlərə gəldikdə isə bunun üçün milli parklar, yataqlıqlar, qoruqlar var. Bu istiqamətdə dövlət tərəfindən müvafiq tədbirlər görülməlidir:
"Düşünürəm ki, əhali daha çox maariflənərsə, bu quşları daha çox qorumuş olarıq".
Maraqlıdır ki, nadir quşlar necə qeydə alınır?
Həmsöhbətimiz bildirir ki, klassik metoda əsasən müəyyən ərazidə marşrutla hərəkət edərkən bu qeydiyyatı aparmaq mümkündür: "Elə quşlar var, onların yuvalaması 5-6 ay çəkir. Stasionar müşahidəyə əsasən - teleskop, binokl, GPS, fotoaparatla müvafiq yerdə dayanıb müşahidə aparmaq mümkündür. Lakin son vaxtlar radiotelemetriyaya üstünlük verirlər. Quşların üzərinə cihaz yerləşdirməklə onların hərəkəti, hansı istiqamətlərə getmələri, hansı ölkədən hansı ölkəyə miqrasiya etmələri, ölümləri qeydə alınır. Düzdür, bu üsul hələ ki, bizdə tətbiq edilmir".
Mütəxəssisin sözlərinə görə, kosmik izləmə, dronlarla izləmə, Gis proqramı da var. Lakin hələlik Azərbaycanda bu istiqamətdə nə ləvazimat var, nə də ki, o ləvazımatlarla davranmağa qadir olan mütəxəssis.