https://sputnik.az/20221031/avropa-ttifaqi-ve-almaniya-sepahi-terror-teskilati-kimi-tanimaga-hazirlasir-448052980.html
Avropa İttifaqı və Almaniya "SEPAH"ı terror təşkilatı kimi tanımağa hazırlaşır
Avropa İttifaqı və Almaniya "SEPAH"ı terror təşkilatı kimi tanımağa hazırlaşır
Sputnik Azərbaycan
Almaniyanın xarici işlər naziri Analena Berbok bildirib ki, Almaniya və Aİ bu məsələni nəzərdən keçirir. 31.10.2022, Sputnik Azərbaycan
2022-10-31T09:59+0400
2022-10-31T09:59+0400
2022-10-31T09:59+0400
dünya xəbərləri
sepah
iran
avropa ittifaqı
almaniya
https://cdnn1.img.sputnik.az/img/41231/48/412314876_0:183:3505:2154_1920x0_80_0_0_5c6cd452eaf307ead6fb148ee2c8684d.jpg
BAKI, 31 oktyabr - Sputnik. İran İslam İnqilabı Keşikçiləri Korpusu (“Sepah”) Almaniya və Avropa İttifaqının (Aİ) terror təşkilatları siyahısına salına bilər.“Iran International”ın yazdığına görə, bu barədə Almaniyanın xarici işlər naziri Analena Berbok danışıb.O bildirib ki, Almaniya və Aİ bu məsələni nəzərdən keçirir.XİN başçısı Birgə Hərtərəfli Fəaliyyət Planının (İran və bir qrup dövlət arasında İranın nüvə proqramı ilə bağlı 5+1 kimi tanınan siyasi razılaşma) bərpası üzrə danışıqların getmədiyini də vurğulayıb (Report).Qeyd edək ki, İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) 1979-cu ildə İran şiələrinin lideri, ali ayətullah Xomeyninin tərəfdarları olan İslam İnqilabı Komitələrinin hərbiləşdirilmiş dəstələrindən yaradılmış elit hərbi-siyasi birləşmədir. O, İran-İraq müharibəsində, həmçinin “Hizbullah” təşkilatının yaradılmasında fəal iştirak edib. Rəsmi olaraq İran silahlı qüvvələrinin bir hissəsidir.ABŞ, İsrail, Səudiyyə Ərəbistanı və Bəhreyn hakimiyyət orqanları İİKK-nı terror təşkilatı kimi tanıyır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41231/48/412314876_194:0:3309:2336_1920x0_80_0_0_da54dced6d8b7249e07c87b45838acf1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sepah, iran, avropa ittifaqı, almaniya
sepah, iran, avropa ittifaqı, almaniya
Avropa İttifaqı və Almaniya "SEPAH"ı terror təşkilatı kimi tanımağa hazırlaşır
Almaniyanın xarici işlər naziri Analena Berbok bildirib ki, Almaniya və Aİ bu məsələni nəzərdən keçirir.
BAKI, 31 oktyabr - Sputnik. İran İslam İnqilabı Keşikçiləri Korpusu (“Sepah”) Almaniya və Avropa İttifaqının (Aİ) terror təşkilatları siyahısına salına bilər.
“Iran International”ın yazdığına görə, bu barədə Almaniyanın xarici işlər naziri Analena Berbok danışıb.
O bildirib ki, Almaniya və Aİ bu məsələni nəzərdən keçirir.
XİN başçısı Birgə Hərtərəfli Fəaliyyət Planının (İran və bir qrup dövlət arasında İranın nüvə proqramı ilə bağlı 5+1 kimi tanınan siyasi razılaşma) bərpası üzrə danışıqların getmədiyini də vurğulayıb (Report).
Qeyd edək ki, İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) 1979-cu ildə İran şiələrinin lideri, ali ayətullah Xomeyninin tərəfdarları olan İslam İnqilabı Komitələrinin hərbiləşdirilmiş dəstələrindən yaradılmış elit hərbi-siyasi birləşmədir. O, İran-İraq müharibəsində, həmçinin “Hizbullah” təşkilatının yaradılmasında fəal iştirak edib. Rəsmi olaraq İran silahlı qüvvələrinin bir hissəsidir.
ABŞ, İsrail, Səudiyyə Ərəbistanı və Bəhreyn hakimiyyət orqanları İİKK-nı terror təşkilatı kimi tanıyır.