DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Somali paytaxtında törədilən partlayışlarda azı 100 nəfər ölüb

© AP Photo / Farah Abdi WarsamehSomali Ordusunun əsgərləri, arxiv şəkli
Somali Ordusunun əsgərləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.10.2022
Abunə olmaq
Moqadişoda ölkənin Təhsil Nazirliyinin binası yaxınlığında iki minalanmış avtomobilin partladıldığı bildirilir.
BAKI, 30 oktyabr - Sputnik. Somalinin paytaxtı Moqadişoda təhsil nazirliyi qarşısında törədilən partlayışlar nəticəsində azı 100 nəfər ölüb, daha 300 nəfər yaralanıb. Reyters Agentliyinin Somali prezidentinə istinadən verdiyi məlumata görə, Moqadişoda Təhsil Nazirliyinin binası yaxınlığında iki minalanmış avtomobil partladılıb.
Daha əvvəl Agence France-Presse təhlükəsizlik rəsmilərinə istinadən xəbər vermişdi ki, Moqadişoda baş verən partlayışlar nəticəsində uşaqlar da daxil olmaqla 9 nəfər həlak olub.
Dalsan TV şənbə günü Somalidə Təhsil Nazirliyinin binası yaxınlığında bir neçə partlayışın baş verdiyini bildirib.
Daha sonra yayımlanan Shabelle telekanalı xəbər verib ki, partlayışlar nəticəsində ən azı beş nəfər, o cümlədən yerli televiziyanın müxbiri və bir rayon polis rəisi həlak olub.
Garowe portalı isə hadisə nəticəsində Reyters-in fotoqrafının yaralanması ehtimalı barədə xəbər yayıb.
Xəbər lenti
0