DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İlon Mask Hellouin bayramını qeyd etmək üçün “Drakula qəsri"ni icarəyə götürüb

© AFP 2023 / BRENDAN SMIALOWSKIİlon Mask, arxiv şəkli
İlon Mask, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.10.2022
Abunə olmaq
Mask bu gecə Bran qəsrində aralarında Ancelina Coli, PayPal-ın qurucusu Peter Thiel, Google-un həmtəsisçisi Sergey Brin və investor Stiv Yurvetsonun da olduğu 140 milyarder dostu ilə birlikdə Hellouini qeyd edəcək.
BAKI, 30 oktyabr - Sputnik. Tesla və SpaceX-in Baş direktoru İlon Mask, Hellouin (Halloween) bayramını qeyd etmək üçün Rumıniyadakı "Drakula qəsri"ni icarəyə götürüb.
Rumıniya mətbuatının yazdığına görə, Mask bu gecə Bran qəsrində 140 milyarder dostu, o cümlədən Ancelina Coli, PayPal-ın qurucusu Peter Thiel, Google-un həmtəsisçisi Sergey Brin və investor Stiv Yurvetsonla birlikdə Hellouini qeyd edəcək.
Ötən gecə İlon Maskın qonaqları şəxsi təyyarə ilə Buxarestə, oradan isə vertolyotla Bran qəsrinin yerləşdiyi Braşov şəhərinə gəliblər.
Media bildirir ki, qala ərazisində gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb. Tədbirə heç bir rumıniyalı milyarder dəvət almayıb.
"Qraf Drakula qəsri” kimi tanınan Bran qəsri Rumıniyanın Braşov şəhərindən 30 kilometr aralıda turizm zonasında yerləşir.
Məlumdur ki, irlandiyalı Bram Stokeri 1897-ci ildə dünyanın ən məşhur qotika qorxu romanlarından biri olan Drakulanı yazmağa ruhlandıran, süjeti sonradan filmə çevrilən Bran qalasıdır.
Məlumdur ki, irlandiyalı Brem Stokeri 1897-ci ildə dünyanın ən məşhur qotik qorxu romanlarından biri olan "Drakula"nı yazmağa ruhlandıran, süjeti sonradan filmə çevrilən Bran qalasıdır.
Xəbər lenti
0