https://sputnik.az/20221030/lavrovun-muavini-sulhmeramlilarin-qalma-muddetinin-uzadilmasi-barede-hele-bes-il-kecmeyib-448052207.html
Lavrovun müavini sülhməramlıların qalma müddətinin uzadılması barədə: Hələ beş il keçməyib
Lavrovun müavini sülhməramlıların qalma müddətinin uzadılması barədə: Hələ beş il keçməyib
Sputnik Azərbaycan
Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko Ermənistanın Baş naziri Nikol Paşinyanın ilin sonuna qədər sülhün imzalanması ehtimalı ilə bağlı... 30.10.2022, Sputnik Azərbaycan
2022-10-30T23:25+0400
2022-10-30T23:25+0400
2022-10-30T23:25+0400
rusiya
lavrov
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
soçi
rusiya prezidenti vladimir putin
putin
vladimir putin
ermənistanın baş naziri nikol paşinyan
nikol paşinyan
https://cdnn1.img.sputnik.az/img/07e5/06/03/427117370_0:78:3125:1837_1920x0_80_0_0_26630f5cd239011ab70a4fd7801e37f1.jpg
BAKI, 30 oktyabr - Sputnik. Bu həyatda hər şey ola bilər. Ermənistanın lideri deyibsə, yəqin ki, belə deməyə əsasları olub.Bunu Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko Ermənistanın Baş naziri Nikol Paşinyanın ilin sonuna qədər sülhün imzalanması ehtimalı ilə bağlı sözlərinə münasibət bildirərkən deyib.Soçi sammitinin gündəliyində Paşinyanın Qarabağdakı Rusiya sülhməramlılarının mandatının 20 ilədək uzadılmasına dair imzalamağa hazır olduğu sənədin müzakirə edilib-edilməməyəcəyi ilə bağlı sualı cavablandıran Rusiya XİN başçısının müavini qeyd edib ki, sülhməramlı kontingent Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına uyğun olaraq yerləşdirilib."Onun konkret mandatı var - beş il. Hələ 5 il keçməyib", - deyə rusiyalı diplomat əlavə edib.Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 31-də Soçidə Rusiya Federasiyası və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevlə görüşdə Rusiya sülhməramlı kontingentinin Qarabağda qalma müddətinin 10-15 il uzadılmasına dair sənədi imzalamağa hazır olduğunu deyib.Oktyabrın 31-də Rusiyanın təşəbbüsü ilə Soçidə Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar keçiriləcək.Məlumata görə, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında danışıqlarda 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin icrası, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə gələcək addımların nəzərdən keçirilməsi planlaşdırılır.Liderlər həmçinin ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və inkişafı məsələlərini müzakirə edəcəklər. Vladimir Putinin Nikol Paşinyan və İlham Əliyevlə ayrıca görüşləri planlaşdırılır.
https://sputnik.az/20221030/moskva-soci-gorusunun-baki-ve-revan-arasinda-sulh-muqavilesine-yol-acacagina-umid-edir-448050716.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/03/427117370_79:0:2810:2048_1920x0_80_0_0_b255a926ac36e8f4c9db89fef6ca1e8d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, soçi, rusiya prezidenti vladimir putin, putin, vladimir putin, ermənistanın baş naziri nikol paşinyan, nikol paşinyan, prezident ilham əliyev
lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, soçi, rusiya prezidenti vladimir putin, putin, vladimir putin, ermənistanın baş naziri nikol paşinyan, nikol paşinyan, prezident ilham əliyev
Lavrovun müavini sülhməramlıların qalma müddətinin uzadılması barədə: Hələ beş il keçməyib
Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko Ermənistanın Baş naziri Nikol Paşinyanın ilin sonuna qədər sülhün imzalanması ehtimalı ilə bağlı sözlərinə münasibət bildirib.
BAKI, 30 oktyabr - Sputnik. Bu həyatda hər şey ola bilər. Ermənistanın lideri deyibsə, yəqin ki, belə deməyə əsasları olub.
Bunu Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko Ermənistanın Baş naziri Nikol Paşinyanın ilin sonuna qədər sülhün imzalanması ehtimalı ilə bağlı sözlərinə münasibət bildirərkən deyib.
Soçi sammitinin gündəliyində Paşinyanın Qarabağdakı Rusiya sülhməramlılarının mandatının 20 ilədək uzadılmasına dair imzalamağa hazır olduğu sənədin müzakirə edilib-edilməməyəcəyi ilə bağlı sualı cavablandıran Rusiya XİN başçısının müavini qeyd edib ki, sülhməramlı kontingent Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına uyğun olaraq yerləşdirilib.
"Onun konkret mandatı var - beş il. Hələ 5 il keçməyib", - deyə rusiyalı diplomat əlavə edib.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 31-də Soçidə Rusiya Federasiyası və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevlə görüşdə Rusiya sülhməramlı kontingentinin Qarabağda qalma müddətinin 10-15 il uzadılmasına dair sənədi imzalamağa hazır olduğunu deyib.
Oktyabrın 31-də Rusiyanın təşəbbüsü ilə Soçidə Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar keçiriləcək.
Məlumata görə, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında danışıqlarda 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin icrası, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə gələcək addımların nəzərdən keçirilməsi planlaşdırılır.
Liderlər həmçinin ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və inkişafı məsələlərini müzakirə edəcəklər. Vladimir Putinin Nikol Paşinyan və İlham Əliyevlə ayrıca görüşləri planlaşdırılır.