https://sputnik.az/20221030/moskva-soci-gorusunun-baki-ve-revan-arasinda-sulh-muqavilesine-yol-acacagina-umid-edir-448050716.html
Moskva Soçi görüşünün Bakı və İrəvan arasında sülh müqaviləsinə yol açacağına ümid edir
Moskva Soçi görüşünün Bakı və İrəvan arasında sülh müqaviləsinə yol açacağına ümid edir
Sputnik Azərbaycan
Rusiya XİN başçısının müavini Andrey Rudenko bildirib ki, görüşün Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanmasına yola açacağına ümid edirlər. 30.10.2022, Sputnik Azərbaycan
2022-10-30T20:57+0400
2022-10-30T20:57+0400
2022-10-30T21:36+0400
rusiya
bakı
irəvan
ermənistan
putin
rusiya prezidenti vladimir putin
prezident ilham əliyev
ermənistanın baş naziri nikol paşinyan
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1a/436721577_0:117:3225:1931_1920x0_80_0_0_7c57d0417f3c5508f561b849cf4f191f.jpg
BAKI, 30 oktyabr - Sputnik. Rusiya gözləyir ki, Rusiya, Ermənistan və Azərbaycan liderləri Vladimir Putin, Nikol Paşinyan və İlham Əliyevin Soçidə keçiriləcək üçtərəfli görüşü Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına doğru irəliləməyə imkan verəcək. Bunu jurnalistlərə xarici işlər nazirinin müavini Andrey Rudenko deyib."Hələ də çoxlu problemlər var. Düşünürəm ki, onların hamısı, o cümlədən sabah Soçidə keçiriləcək görüşdə müzakirə olunacaq. Ümid edirik ki, bu, bir sıra məsələlərin həllində, o cümlədən sülh müqaviləsinin imzalanması yolunda hansısa formada irəliləyiş əldə edəcək”, - Rusiya XİN rəhbərinin müavini bildirib.Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Ermənistan və Azərbaycan liderlərini Rusiyada keçiriləcək üçtərəfli görüşə dəvət edib. Oktyabrın 31-də Ermənistan hökumətinin başçısı Rusiyaya işgüzar səfərə gedəcək. Soçidə Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşəcək, bundan sonra Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli görüşü baş tutacaq.
https://sputnik.az/20211209/rusiya-soci-gorusunun-vacibliyini-dunyaya-gostermek-isteyir-437113411.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1a/436721577_493:0:3224:2048_1920x0_80_0_0_c418a6306b95bd9098f9b0e84babc3f8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bakı, irəvan, ermənistan, putin, rusiya prezidenti vladimir putin, prezident ilham əliyev, ermənistanın baş naziri nikol paşinyan
bakı, irəvan, ermənistan, putin, rusiya prezidenti vladimir putin, prezident ilham əliyev, ermənistanın baş naziri nikol paşinyan
Moskva Soçi görüşünün Bakı və İrəvan arasında sülh müqaviləsinə yol açacağına ümid edir
20:57 30.10.2022 (Yenilənib: 21:36 30.10.2022) Rusiya XİN başçısının müavini Andrey Rudenko bildirib ki, görüşün Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanmasına yola açacağına ümid edirlər.
BAKI, 30 oktyabr - Sputnik. Rusiya gözləyir ki, Rusiya, Ermənistan və Azərbaycan liderləri Vladimir Putin, Nikol Paşinyan və İlham Əliyevin Soçidə keçiriləcək üçtərəfli görüşü Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına doğru irəliləməyə imkan verəcək. Bunu jurnalistlərə xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.
"Hələ də çoxlu problemlər var. Düşünürəm ki, onların hamısı, o cümlədən sabah Soçidə keçiriləcək görüşdə müzakirə olunacaq. Ümid edirik ki, bu, bir sıra məsələlərin həllində, o cümlədən sülh müqaviləsinin imzalanması yolunda hansısa formada irəliləyiş əldə edəcək”, - Rusiya XİN rəhbərinin müavini bildirib.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Ermənistan və Azərbaycan liderlərini Rusiyada keçiriləcək üçtərəfli görüşə dəvət edib. Oktyabrın 31-də Ermənistan hökumətinin başçısı Rusiyaya işgüzar səfərə gedəcək. Soçidə Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşəcək, bundan sonra Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli görüşü baş tutacaq.