CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Evdar qadınlara da əmək stajı yazılmalıdır - Təklif var

© Sputnik / Владимир ФедоренкоMantı bişirən qadın, arxiv şəkli
Mantı bişirən qadın, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.10.2022
Abunə olmaq
Sosioloq hesab edir ki, qadınların müxtəlif peşələrlə məşğul olaraq pul qazanması, sahibkarlıqla məşğul olması üçün ayrıca proqramlar işlənib hazırlanmalıdır.
BAKI, 30 oktyabr — Sputnik. "Təklif edirəm ki, uşaqlı analara da əmək stajı yazılsın, sonradan da bu staj pensiya stajına təsir göstərsin. Ümumiyyətlə, evdar qadınlarla bağlı bu və bu kimi sosial layihələrin icrasına ehtiyac var. Bunu Sputnik Azərbaycan-a açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.
Sosioloq düşünür ki, uşağa baxmağa görə analar üçün müavinətlər də nəzərdə tutula bilər.
"Çünki evdar qadınlar da böyük və faydalı işlə məşğuldurlar", - deyə mütəxəssis fikrini bildirib.
© pixabay / Ella_87Qadınlar və uşaqlar, arxiv şəkli
Женщины с детьми - Sputnik Azərbaycan, 1920, 29.10.2022
Qadınlar və uşaqlar, arxiv şəkli
Sosioloq həmçinin qeyd edir ki, əslində ən böyük məsuliyyəti elə evdar qadınlar öz üzərinə götürür:
“Uşağı, vətəndaşı, gələcəyin əsgərini, kadrını böyütmək elə ən böyük işdir. Elə analar var ki, 3-5, 7-10 uşaq böyüdürlər. Onlar 18 yaşınadək övladlarının sağlam yetişməsində, tərbiyə almasında mühüm rola malik olurlar".
Mütəxəssis təklif edir ki, haqqında danışılan qadınlar evdə məşğulluq proqramlarına da cəlb oluna bilər:
"Toxuculuq və digər peşələrlə məşğul olaraq pul qazanmaq üçün ayrıca proqramın da işlənilib hazırlanmasına ehtiyac var ki, onlar da sahibkarlıq fəaliyyətləri ilə məşğul ola bilsinlər".
Hüquq müdafiəçisi Əliməmməd Nuriyev də Sputnik Azərbaycan-a açıqlamasında evdar qadınlara əmək stajının yazılmasının tərəfdarı olduğunu bildirib:
© Photo : Facebook / Alimammed Nuriyev"Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev
Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev - Sputnik Azərbaycan, 1920, 29.10.2022
"Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev
"Ailənin qayğısına qalmaq dövlətin əsas vəzifələrindən biridir. Ailə dövlətin dayağı hesab edilir və burada biz evdar qadınların rolunu inkar edə bilmərik. Bu səbəbdən də evdar qadınların da staj məsələsini dəqiqləşdiməliyik".
Ə.Nuriyev hesab edir ki, ümumiyyətlə, Azərbaycanda evdar qadınların sayının daha çox olmasının əsas səbəbi bağçaların, məktəbəqədər müəssisələrin azlığıdır:
"Bu müəssisələrin ölkə üzrə təminatı cəmi 14 faizdir. Belə müəssisələr olsaydı, analar övladlarını rahatlıqla həmin müəssisələrə qoyardılar", - deyə Ə.Nuriyev əlavə edib.
Hüquq müdafiəçisi evdar qadınların gələcəkdə layiqli pensiya ilə təmin olunmasının da tərəfdarıdır:
"Belə bir şeyin olması evdar qadınları daha da stimullaşdıracaq. Düşünürəm ki, belə bir qərar verilərkən, dayələri də unutmamalıyıq. Onlar da evdar qadınlar kimi lazım olan ev işləri görür".
Xəbər lenti
0