Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Emin Əmrullayev: Azad edilən ərazilərdə tikilən məktəblər gələn il istifadəyə verilə bilər

© Sputnik / Murad OrujovTəhsil naziri Emin Əmrullayev
Təhsil naziri Emin Əmrullayev - Sputnik Azərbaycan, 1920, 30.10.2022
Abunə olmaq
Azad edilən ərazilərdə fəaliyyət göstərən dövlət qurumlarının nümayəndələrinin ailələri məktəblər fəaliyyətə başladıqdan sonra həmin yerlərdə yaşaya bilər.
BAKI, 30 oktyabr - Sputnik. Azad edilən ərazilərdə tikilən yeni məktəblər növbəti tədris ilində istifadəyə verilə bilər.
Bunu elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin “45 dəqiqə” adlı təhsil proqramında deyib.
Nazir bildirib ki, Şuşada yeni məktəbin tikintisi yekunlaşmaq üzrədir, bu tədris mövsümünün sonu işlər tamamlanmalıdır. Həmçinin Ağdamda 1 saylı orta məktəbin də tikintisi yekunlaşır:
"Azad edilən ərazilərdə fəaliyyət göstərən dövlət qurumlarının nümayəndələrinin ailələri məktəblər fəaliyyətə başladıqdan sonra həmin yerlərdə yaşaya bilər. Əhali oraya köçürüldükcə, bu məktəblər də istifadəyə veriləcək.
Suqovuşan qəsəbəsində məktəb tam olaraq hazırdır. Füzuli rayonunda peşə liseyi və məktəb tikintisi davam edir. Cəbrayılda 1 saylı məktəbin tikintisinə başlanılıb. Kəlbəcər rayonunda layihələndirmə işləri aparılıb".
Xəbər lenti
0