SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov iranlı həmkarı ilə nə danışıb?

© AP Photo / Mary AltafferAzərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov
Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov - Sputnik Azərbaycan, 1920, 30.10.2022
Abunə olmaq
Xarici işlər nazirləri ikitərəfli münasibətlərdəki son hadisələr və gələcək üçün parlaq perspektivlər barədə fikir mübadiləsi aparıblar.
BAKI, 30 oktyabr - Sputnik. Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovla iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı olub.
İran İslam Respublikası və Azərbaycan Respublikasının xarici işlər nazirləri ikitərəfli münasibətlərdəki son hadisələr və gələcək üçün parlaq perspektivlər barədə fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, son zamanlar İranla Ermənistan arasında Azərbaycan üçün narahatlıq doğuran proseslər gedir.
İran silahlı qüvvələri Azərbaycanla sərhəddə hərbi təlimlər keçirib. Həmçinin Ermənistanın Qafan şəhərində İranın Baş konsulluğunun açılışı olub. Əmir Abdullahiyan açılışmərasimindəki nitqində deyib ki, "İran Ermənistanın təhlükəsizliyinə öz təhlükəsizlik məsələsi kimi baxır".
Bundan əlavə, Ermənistanın Cənubi Azərbaycanın paytaxtı Təbriz şəhərində konsulluq açmaq niyyəti ifadə olunub.
Ötən gün Qafqaz Müsəlmanları İdarəsi son vaxtlar ölkəmizə qarşı qonşu İrandan səsləndirilən təhdidedici iddia və bəyanatlar, xüsusilə də Azərbaycanla sərhəd boyunca həyata keçirilən hərbi təlimlərin doğurduğu narahatlıqla bağlı münasibətini bildirib.
Xəbər lenti
0