Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Bu ucqar kənddə hər ailənin öz qəbiristanlığı var

© Sputnik / Murad OrujovAzərbaycanın Quba rayonunun Buduq kəndi
Azərbaycanın Quba rayonunun Buduq kəndi - Sputnik Azərbaycan, 1920, 30.10.2022
Abunə olmaq
Sputnik Azərbaycan-ın əməkdaşlarının Quba rayonunun Buduq kəndində olub, sakinləri dinləyib, onların adət-ənənələrini öyrəniblər.
BAKI, 30 oktyabr - Sputnik. Buduq kəndi gözdən–könüldən uzaq, Quba rayonunun 64 kilometr cənub-qərbində, Böyük Qafqaz dağlarının yamacında, dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşir.
© Sputnik / Murad OrujovAzərbaycanın Quba rayonunun Buduq kəndi
Высокогорное село Будуг в Губинском районе Азербайджана - Sputnik Azərbaycan, 1920, 29.10.2022
Azərbaycanın Quba rayonunun Buduq kəndi
Sputnik Azərbaycan-ın əməkdaşları Quba rayonunun Buduq kəndində olub, sakinləri dinləyib, onların adət-ənənələrini öyrənib.
Bu kəndə getmək o qədər də asan deyil. Qəsəbənin bələdiyyə sədri Vaqif Həsənovun xüsusi olaraq ayırdığı avtomobil olmasaydı, biz çətin ki, "Buduq"-a gedib çata bilərdik.
© Sputnik / Murad OrujovAzərbaycanın Quba rayonunun Buduq kəndi
Высокогорное село Будуг в Губинском районе Азербайджана - Sputnik Azərbaycan, 1920, 29.10.2022
Azərbaycanın Quba rayonunun Buduq kəndi
Dağların ətəyi, kələ-kötür yollarla kəndə çatana qədər bir neçə dəfə təhlükə ilə qarşılaşdıq. Yağış yağdığı üçün yol palçıq idi. Avtomobil hərəkət etdikcə, sürüşür, zirvəyə qalxdıqca, yağış, duman yolu görünməz və təhlükəli edirdi. Avtomobil hər dəfə sürüşəndə əməkdaşlarımız "bəlkə getməyək, geri qayıdaq" deyirdi.
© Sputnik / Murad OrujovAzərbaycanın Quba rayonunun Buduq kəndi
Высокогорное село Будуг в Губинском районе Азербайджана - Sputnik Azərbaycan, 1920, 29.10.2022
Azərbaycanın Quba rayonunun Buduq kəndi
Amma artıq yola çıxmışdıq. Bir saatlıq yol qət etdikdən sonra, qarşımızda maraqlı mənzərə açıldı. Hər tərəf gül-çiçəklə dolu idi. Sürücümüz bildirdi ki, ərazi Caf adlanır və bu güllərə də "caf gülü" deyirlər.
© Sputnik / Murad OrujovAzərbaycanın Quba rayonunun Buduq kəndi
Высокогорное село Будуг в Губинском районе Азербайджана - Sputnik Azərbaycan, 1920, 29.10.2022
Azərbaycanın Quba rayonunun Buduq kəndi
Quba şəhər mərkəzindən "Buduq" kəndinə getmək üçün bizə 2,5 saat vaxt lazım gəldi.
Artıq təhlükə geridə qalmışdı. Kənd sakinlərinin bizi maraqlı nəzərlərlə süzməsindən hiss olunurdu ki, bura nadir hallarda başqa yerdən kimsə gəlir.
© Sputnik / Murad OrujovAzərbaycanın Quba rayonunun Buduq kəndi
Высокогорное село Будуг в Губинском районе Азербайджана - Sputnik Azərbaycan, 1920, 29.10.2022
Azərbaycanın Quba rayonunun Buduq kəndi
İlin bütün fəsillərində yağıntılı olan Buduq yoluna ancaq "Niva" və "UAZ" avtomobilləri ilə çıxmaq mümkündür.
Buduq kəndindəki cəmi 28 evdə yaşayış mövcuddur. Evlərin ən az 40-50 il bundan əvvəl tikildiyi deyilir. Burada dəbdəbəli evə rast gəlmək mümkün deyil. 280 nəfər sakini olan kənd böyük tarixə malikdir. Deyilənə görə, bu qəbilə Temuçin xanın oğlu Batının nəslindən şaxələnib. Buduq sakinləri özlərini budad adlandırırlar. Buduq sözü isə türk dillərində "dəliqanlı" deməkdir.
© Sputnik / Murad OrujovAzərbaycanın Quba rayonunun Buduq kəndi
Высокогорное село Будуг в Губинском районе Азербайджана - Sputnik Azərbaycan, 1920, 29.10.2022
Azərbaycanın Quba rayonunun Buduq kəndi
Kəndin yaxınlığındakı əsrlər öncəyə aid məzarlara baxaraq, Buduqun böyük tarixə malik olduğunu bilmək olar. Məzarların çoxunun üzərində ərəb və fars dillərində yazılar var. Buduq kəndinə dair ilk məlumatlar XIII əsrə aiddir.
Məzarlar zamanla tarixə və torpağa gömülərək yoxa çıxsa da, ara–sıra məzar daşları gözə çarpır.
Buduqlular maldarlıq və qoyunçuluqla məşğul olur. Kənddə qazın olmamasına baxmayaraq, sakinlər bundan şikayətçi deyillər. Gərmə və odunla yemək bişirir, qışın soyuğundan qoruna bilirlər.
Kənd sakinləri deyir ki, gənclər 10-15 il öncə yaşamaq üçün başqa yerlərə köçürdü. Ancaq indi nadir halda olur ki, kimsə kənddən getsin.
Kənd sakini Mirvari Cəfərovanın sözlərinə görə, kənd sakinləri üçün burada yaşamaq asandır:
"Bura vətənimdir, niyə asan olmasın ki. Şəhərə də gedib-gəlirik. Ayda 2-3 dəfə Qubaya bazara gedib, bazarlıq edirik. Toy, yas düşəndə, bir də ot biçini zamanı şəhərə daha çox gedirik. Burada hər kəsin qapısında avtomobili var. Burada yaşamaq çətin deyil".
M.Cabbarovanın 4 övladı var. Buduq kəndini o qədər sevir ki, deyir heç vaxt buradan köçməyi düşünmür.
© Sputnik / Murad OrujovAzərbaycanın Quba rayonunun Buduq kəndi
Высокогорное село Будуг в Губинском районе Азербайджана - Sputnik Azərbaycan, 1920, 29.10.2022
Azərbaycanın Quba rayonunun Buduq kəndi
Buduq kəndinin balaca sakinləri ilə də danışdıq. Dedilər ki, dərslərinə həvəslə çalışırlar. Böyüyəndə, həkim, polis, müəllim olmaq arzusundadırlar.
"Bulaq suyu, dağ havası" deyiləndə ilk yada düşən Buduqda ailə həyatı quran gənclər adətən öz kəndlərindən olan qızlarla evlənirlər, amma bura başqa kəndlərdən də gələn gəlinlər az deyil.
Digər bir kənd sakini Bəhram Adayev deyir ki, toy olanda böyük çadır qurulur. Kişili-qadınlı hamı bir yerə yığılır, şadlıq edir, yemək yeyirlər:
"Kənddə evlər bir-birinə yaxın olduğu üçün gəlin də atla gətirilir. Ancaq başqa kənddən qız alanda avtomobillə gətiririk. Toylarımız sadə olur, amma şən və mehriban oluruq".
Buduqda çoxuşaqlı ailəyə rast gəlmək olmaz. Burada ən böyük ailənin ancaq 3 uşağı ola bilər. Sakinlər deyir ki, şəhərdə olan adət-ənənə Buduq kəndinə də gəlib çatıb. İndi heç kəs çoxuşaqlı ailəsinin olmasını istəmir.
Kənddə "at qəbri" deyilən bir yer də var. B.Adayevin sözlərinə görə, keçmişdə sakinlərdən biri Həcc ziyarətinə gedibmiş. O vaxtlar ziyarətə atla gedərdilər. Ziyarət 3-4 ay çəkərdi. Həmin adamın atla səfəri çox ağır keçir. Adam əhd edir ki, əgər sağ-salamat geri qayıtsa, atını insan kimi dəfn edəcək. O, ziyarətdən qayıdan kimi atı ölür. Kişi atı yuyub, kəfənləyib dəfn edir. O vaxtdan atın dəfn olunduğu yerdən kim keçirsə, ora bir daş atır ki, atın qəbri itib-batmasın. Beləliklə kəndin çıxışında daş qalağı yaranır və ora "atın qəbri" adlandırılır.
© Sputnik / Murad OrujovAzərbaycanın Quba rayonunun Buduq kəndi
Высокогорное село Будуг в Губинском районе Азербайджана - Sputnik Azərbaycan, 1920, 29.10.2022
Azərbaycanın Quba rayonunun Buduq kəndi
Buduq kəndində qəribə bir adət də var. Burada ümumi qəbiristanlıq yoxdur. Hər nəslin özünə məxsus məzarlığı var. Buna görə də kəndin 4 tərəfi qəbiristanlıqdır.
Buduq kiçik olduğu üçün saatlara gəziləcək kənd deyil. Odur ki, biz də kəndi ziyarət etdikdən dərhal sonra geri qayıdırıq. Yenə həmin təhlükəli yoldan keçməliyik. Ara–sıra yağış səpələyir. Sürücümüz deyir ki, yağış çox yağsa, torpaq daha çox islanacaq və maşını sürmək mümkün olmayacaq. Xoşbəxtlikdən yağış aman verir və biz Buduq kəndini arxada qoyaraq geri qayıdırıq. İndi o dolanbac yollar bizə ilk dəfəki kimi qorxulu gəlmir. Belə gözəl bir kəndi və toplumu görmək üçün təhlükəyə atılmağa dəyərdi.
Xəbər lenti
0