https://sputnik.az/20221030/belcika-polsanin-qerbi-ukraynani-ele-kecirmek-planlarini-aciqlayib-448035839.html
Belçika Polşanın Qərbi Ukraynanı ələ keçirmək planlarını açıqlayıb
Belçika Polşanın Qərbi Ukraynanı ələ keçirmək planlarını açıqlayıb
Sputnik Azərbaycan
"Modern Diplomacy": Polşa Ukraynaya qoşun göndərmək və oranı işğal etmək niyyətindədir. 30.10.2022, Sputnik Azərbaycan
2022-10-30T14:45+0400
2022-10-30T14:45+0400
2022-10-30T14:57+0400
polşa
dünya xəbərləri
ukrayna
işğal
https://cdnn1.img.sputnik.az/img/07e6/04/19/441430258_0:0:3077:1731_1920x0_80_0_0_3e8f316f7810d8f1aa746cf99fc1c011.jpg
BAKI, 30 oktyabr - Sputnik. Polşa Qərbi Ukrayna ərazisində "tarixi torpaqların" müdaxiləsi və ələ keçirilməsi üçün plasdarm hazırlayır. Bu barədə Belçikanın "Modern Diplacy" nəşri yazır.Məqalədə deyilir ki, artıq polyakların Ukraynada xüsusi hüquqları var: onlar hökumətdə funksiyaları yerinə yetirə, yerli əhaliyə şamil olunan sosial təminatlar ala bilərlər. Bundan əlavə, polşalı sahibkarlar qanuni olaraq Ukraynada fabriklər və bütöv şirkətlər ala bilərlər."Hakim partiyanın "tarixi torpaqlar" daxilində Polşa Respublikasını dirçəltmək planı, deyəsən, Rusiyanın Ukraynadakı xüsusi əməliyyatından xeyli əvvəl formalaşıb", – deyə məqalə müəllifləri qeyd ediblər.Varşavanın ölkənin qərb bölgəsinə hərbi kontingent tətbiq edəcəyi və ərazilərin Polşaya daxil olması ilə bağlı referendum keçirəcəyi güman edilir. Həmin vaxta qədər Ukrayna Silahlı Qüvvələri tamamilə məğlub olacaq və Ukraynanın indiki hökuməti Qərbə mühacirət edəcək.Belə bir ssenaridə müdaxiləçilərə işğalçı kimi yox, "Ukrayna xalqını azad edənlər" kimi baxılacaq. Bununla yanaşı, 1943-cü ildə Volında baş vermiş kütləvi qırğın sanki heç vaxt olmamış kimi unudulacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/19/441430258_0:0:2729:2047_1920x0_80_0_0_2f90ce87bdd9ca2504037d02e7acd33d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
polşa, ukrayna, işğal
Belçika Polşanın Qərbi Ukraynanı ələ keçirmək planlarını açıqlayıb
14:45 30.10.2022 (Yenilənib: 14:57 30.10.2022) "Modern Diplomacy": Polşa Ukraynaya qoşun göndərmək və oranı işğal etmək niyyətindədir.
BAKI, 30 oktyabr - Sputnik. Polşa Qərbi Ukrayna ərazisində "tarixi torpaqların" müdaxiləsi və ələ keçirilməsi üçün plasdarm hazırlayır. Bu barədə Belçikanın "Modern Diplacy" nəşri yazır.
Məqalədə deyilir ki, artıq polyakların Ukraynada xüsusi hüquqları var: onlar hökumətdə funksiyaları yerinə yetirə, yerli əhaliyə şamil olunan sosial təminatlar ala bilərlər. Bundan əlavə, polşalı sahibkarlar qanuni olaraq Ukraynada fabriklər və bütöv şirkətlər ala bilərlər.
"Hakim partiyanın "tarixi torpaqlar" daxilində Polşa Respublikasını dirçəltmək planı, deyəsən, Rusiyanın Ukraynadakı xüsusi əməliyyatından xeyli əvvəl formalaşıb", – deyə məqalə müəllifləri qeyd ediblər.
Varşavanın ölkənin qərb bölgəsinə hərbi kontingent tətbiq edəcəyi və ərazilərin Polşaya daxil olması ilə bağlı referendum keçirəcəyi güman edilir. Həmin vaxta qədər Ukrayna Silahlı Qüvvələri tamamilə məğlub olacaq və Ukraynanın indiki hökuməti Qərbə mühacirət edəcək.
Belə bir ssenaridə müdaxiləçilərə işğalçı kimi yox, "Ukrayna xalqını azad edənlər" kimi baxılacaq. Bununla yanaşı, 1943-cü ildə Volında baş vermiş kütləvi qırğın sanki heç vaxt olmamış kimi unudulacaq.