DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bayden: ABŞ ölkə tarixinin ən böyük illik büdcə kəsiri ilə üzləşib

© AP Photo / Evan VucciCo Bayden, arxiv şəkli
Co Bayden, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.10.2022
Abunə olmaq
ABŞ prezidenti Respublikaçılar Partiyasının nümayəndələrinin vətəndaşların və biznes qurumlarının vergi yükünün azaldılması üçün təklif etdiyi tədbirin effektiv olacağı ilə razılaşmayıb.
BAKI, 30 oktyabr - Sputnik. Amerika Birləşmiş Ştatları tarixin ən böyük illik büdcə kəsiri ilə, yəni 1,4 trilyon dollara qədər azalma ilə üzləşib.
Bu barədə ABŞ prezidenti Cozef Bayden öz Twitter səhifəsində məlumat verib.
“Bu il kəsir 1,4 trilyon dollara qədər azalıb. Bu, Amerika tarixində ən böyük illik enişdir”, - deyə o, bildirib.
Eyni zamanda, ABŞ prezidenti Respublikaçılar Partiyasının nümayəndələrinin vətəndaşların və biznes qurumlarının vergi yükünün azaldılması üçün təklif etdiyi tədbirin effektiv olacağı ilə razılaşmayıb:
“Əksinə, büdcə kəsirinin əlavə olaraq daha 3 trilyon dollara yaxın artmasına səbəb ola bilər”.(Report)
Xəbər lenti
0