SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanlı nazir Zəngilanda qəzaya uğrayan türk deputatı ziyarət edib

© Photo : Ministry of Healthcare of Azerbaijan RepublicSəhiyyə nazirinin birinci müavini Teymur Musayev
Səhiyyə nazirinin birinci müavini Teymur Musayev - Sputnik Azərbaycan, 1920, 30.10.2022
Abunə olmaq
Səhiyyə naziri Teymur Musayev və Türkiyədəki səfiri Rəşad Məmmədov Azərbaycanda yol qəzasına düşən millət vəkili Şamil Ayrımı İstanbulda xəstəxanada ziyarət ediblər.
BAKI, 30 oktyabr - Sputnik. Türkiyədə səfərdə olan Azərbaycanın səhiyyə naziri Teymur Musayev və Türkiyədəki səfiri Rəşad Məmmədov Azərbaycanda yol qəzasına düşən millət vəkili Şamil Ayrımı İstanbulda xəstəxanada ziyarət ediblər.
Bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov özünün Twitter hesabında bildirib.
Nazir və diplomat türkiyəli millət vəkilinin səhhəti ilə maraqlanıblar.
Xatırladaq ki, B.Yıldırım və Ş.Ayrım oktyabrın 20-də Cəbrayıldan Zəngilan Beynəlxalq Hava Limanına qayıdarkən qəzaya uğrayıb. Yıldırım və Ayrım qəza zamanı nəzarət məqsədi ilə sağlamlıq qruplarının müşayiəti ilə helikopterlə paytaxt Bakıdakı xəstəxanaya aparılıb.
Azərbaycan Prezidenti İlham Əliyev Binəli Yıldırım və Şamil Ayrıma müalicə olunduqları xəstəxanada baş çəkib.
Xəbər lenti
0