CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeniyetmələrə qarşı seksual zorakılıq edənləri ciddi cəza gözləyir

© Depositphotos.com / KmiragayaAğlayan qız, arxiv şəkli
Ağlayan qız, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.10.2022
Abunə olmaq
14 yaşına çatmayanlara qarşı seksual zorakılıq edənlər 20 ilədək azadlıqdan məhrum edilə bilər.
BAKI, 29 oktyabr — Sputnik. 14 yaşına çatmayan şəxslərə qarşı zorlamaya əl atanlar, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə, habelə belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olanlar 20 ilədək azadlıqdan məhrum ediləcək. Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin dünən keçirilən iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə edilən Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, zorlama aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on beş ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Qeyd edək ki, qüvvədə olan Məcəlləyə əsasən, həmin cinayəti törətmiş təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Cinsi zorakılığa görə məhkum edilənlər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcəklər
Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə edilən "Təhsil haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcəklər.
Eyni zamanda ümumi təhsil müəssisələri tərəfindən yetkinlik yaşına çatmayanların öz inkişaf səviyyələrinə uyğun cinsi istismar və cinsi zorakılıq təhlükələri, habelə özünü müdafiə vasitələri barədə məlumat almaları təmin edilir.
Bu zaman onlara cinsi tərbiyəyə dair ümumi məlumat verilir, təhlükəli vəziyyətlərə, xüsusilə yeni informasiya və kommunikasiya texnologiyalarından istifadədən irəli gələn hallara xüsusi diqqət yetirilir. Belə məlumatların təqdim edilməsinə yetkinlik yaşına çatmayanların valideynləri və ya digər qanuni nümayəndələri cəlb edilə biləcəklər.
Analoji dəyişikliklər "Ümumi təhsil haqqında" qanuna təklif edilir.
© Sputnik / Anar MustafayevƏli qandallanmış adam, arxiv şəkli
Əli qandallanmış adam, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.10.2022
Əli qandallanmış adam, arxiv şəkli
Seksual məqsədlərlə uşaqları təqib edənlər cəzalandırılacaq
Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə edilən Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, yetkinlik yaşına çatmış şəxs tərəfindən on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma, seksual xarakterli hərəkətlər etmək və ya uşaq pornoqrafiyasının istehsalı məqsədilə həmin şəxsin on dörd yaşına çatmadığını bilə-bilə ona informasiya və kommunikasiya texnologiyaları vasitəsilə görüş təklif etməklə bu görüşün baş verməsi üçün praktiki hərəkətlər edildikdə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Seksual xarakterli zorakılıq hərəkətlərinə görə cəzalar artırılır
Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə edilən Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna görə, zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılsa, layihəyə əsasən bu əməllərə görə dörd ildən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzasının tətbiqi təklif olunur.
Uşaqların hüquqlarının müdafiəsi tədbirləri artırılır
Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə edilən Cinayət Prosessual Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, cinayət prosesini həyata keçirən orqanlar tərəfindən uşaqların hüquqlarının müdafiəsi üçün aşağıdakı tədbirlər görülməlidir:
uşaqların qanuni nümayəndələrinə onların şikayətləri ilə bağlı görülən tədbirlər, habelə cinayət təqibinin gedişatı barədə məlumat verilməsi;
cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşaqların qanuni nümayəndələrinə uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə tutulmuş, həbs edilmiş və ya məhkum edilmiş şəxsin azad edilməsi barədə məlumat verilməsi;
uşaqların hüquq və mənafelərinin təmin edilməsi məqsədilə onlara yardım göstərilməsi;
cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşaqların, onların ailələrinin və şahidlərin təhlükəsizliyinin təmin edilməsi;
cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşaq və ya onun qanuni nümayəndəsi tələb etdikdə pulsuz hüquqi yardım göstərilməsi üçün uşaqlarla iş üzrə daha təcrübəli vəkilin iştirakının təmin edilməsi;
uşaqların valideynlərinin və ya digər qanuni nümayəndələrinin maraqlar toqquşmasına görə cinayət prosesində iştirak etməyə buraxılmadığı hallarda, qəyyumluq və himayəçilik orqanının uşaqlar üçün qanuni nümayəndə qismində təyin edilməsi;
uşaqlara verilən məlumatların onların yaşına və psixi inkişafı səviyyəsinə uyğun qaydada və onların başa düşdükləri dildə təqdim olunması;
uşağın mənafeyi, yaxud cinayət-prosesual fəaliyyətin məqsədləri üçün belə təmasın tələb olunduğu hallar istisna olmaqla, cinayət prosesinin istənilən mərhələsində uşaqla şübhəli və ya təqsirləndirilən şəxs arasında təmasın olmamasının təmin edilməsi.
Uşaqlardan ifadə alınarkən aşağıdakılar təmin edilir:
cinayət haqqında cinayət təqibi orqanlarına məlumat daxil olduqdan sonra uşağın mənafeyi tələb etdiyi hallar istisna olmaqla, hər hansı gecikdirməyə yol verilmədən uşaqdan ifadə alınır;
uşaqdan ifadənin alınması bu məqsədlə ayrılmış yerlərdə və ya yaradılmış xüsusi şəraitdə həyata keçirilir;
uşaqdan ifadənin alınması cinayət prosesini həyata keçirən orqanın bu məqsədlə xüsusi hazırlıq keçmiş əməkdaşları tərəfindən həyata keçirilir;
mümkün olduğu hallarda uşaqdan təkrar ifadənin alınması eyni şəxs tərəfindən həyata keçirilir;
uşaqdan ifadələr iş üçün əhəmiyyətli hallarda və mümkün qədər az sayda alınmalıdır;
mümkün olduğu hallarda uşaqdan bütün ifadələr video çəkiliş aparılmaqla alınır.
Uşaq müvafiq istəyini bildirdikdə və ya onun mənafeyi nəzərə alınmaqla, uşağın məhkəmə zalında iştirak etmədən informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə ifadə verməsi təmin olunur. Uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət üzrə məhkəmə iclası qapalı keçirilir.
Cinsi zorakılığın qurbanı olan uşaqlar üçün yaş həddi müəyyənləşdirilir
Qanunvericilikdə yetkinlik yaşına çatmayan şəxs (uşaq) və cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşaq anlayışları konkretləşdirilir.
Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə edilən Cinayət Prosessual Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, yetkinlik yaşına çatmayan şəxs (uşaq) 18 yaşına çatmayan şəxs hesab olunacaq.
Yetkinlik yaşına çatmayan şəxslə zorla cinsi əlaqədə olmaya görə cəzalar sərtləşdirilir
Yetkinlik yaşına çatmayan şəxsə qarşı zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olmaya görə cəzalar sərtləşdirilir.
Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə edilən Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
İndiyə qədər bu əməllər yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılıb. Layihəyə əsasən, artıq bu halda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmək cəzası da tətbiq olunacaq. Başqa sözlə, yetkinlik yaşına çatmayan şəxsə qarşı zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olmaya görə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq ediləcək.
© Sputnik / Pavel Lisitsyn / Mediabanka keçidHİV infeksiyası üçün sürətli qan testi, arxiv şəkli
Экспресс-анализ крови на ВИЧ-инфекции, фото из архива - Sputnik Azərbaycan, 1920, 29.10.2022
HİV infeksiyası üçün sürətli qan testi, arxiv şəkli
İndiyə qədər əgər bu əməl ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immunçatışmazlığı virusu ilə yoluxmasına və ya digər ağır nəticələrə səbəb olduqda on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırdısa, layihəyə əsasən, bu əməl üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Layihəyə əsasən, yetkinlik yaşına çatmayan şəxs (uşaq) 18 yaşına çatmayan şəxs hesab olunacaq.
Xəbər lenti
0