https://sputnik.az/20221029/usaq-huquqlarini-bilmeyen-muellimler-447782066.html
Uşaq hüquqlarını bilməyən müəllimlər
Uşaq hüquqlarını bilməyən müəllimlər
Sputnik Azərbaycan
Azərbaycanda direktorlar və bəzi müəllimlərin hüquqi bilikləri zəifdir 29.10.2022, Sputnik Azərbaycan
2022-10-29T09:31+0400
2022-10-29T09:31+0400
2022-10-29T09:31+0400
müəllim
təhsil
uşaq
hüquq
https://cdnn1.img.sputnik.az/img/42403/57/424035789_20:0:982:541_1920x0_80_0_0_5a06969d9fd0b371710c8abc733d8628.jpg
BAKI, 29 oktyabr — Sputnik. Müəllimlər çox zamanlar müəyyən hüquqları bilmirlər. Müəllimlər arasında maarifləndirici təlimlərin, tədbirlərin keçirilməsinə ciddi şəkildə ehtiyac var. Ailə, Qadın və Uşaq Problemləri üzər Dövlət Komitəsinini rəsmisi Aynur Sofiyeva da bildirir ki, bəzi direktorlar və müəllimlər uşaq hüquqlarını bilmirlər, bu tam haqlı bir fikirdir. Müəllim sifi idarə etməyi bacarmalıdır, onlaırn davranışına nəzarət etməlidir. Hər bir müəllim uşaq hüuquqlaırndna xəbərdar olmalıdır.Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin məsləhətçisi, ekspert Aynur Veysəlova Sputnik Azərbaycan-a açıqlamasında belə deyib.O qeyd edir ki, uşaqlar problemlə üzlləşərkən də müəllim hüquqi baxımdan onlara istiqamət verməlidir və bunu bacarmalıdır.Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, müəllimlərin qanunvericilikə bağlı bilik və bacarıqları kifayət qədər aşağıdır: "Çox təəssüflər olsun ki, bu istiqmaətdə keçirilən təlimlər formal xarakter daşıyır. Məktəbdaxili münaqişələrin baş verməsinin əsas səbəblərindən biri oradakı rəhbər heyətin peşəkarlığının aşağı səviyyədə olması, qanunvericiliyi bilməməsi ilə bağlıdır. Təhsildə yerli və beynəlxalq konvensiyalar da nəzərə alınmalıdır"."Bu sahədə ciddi problemlər görürük. Təəssüf ki, hüquq istiqamətində bilik səviyyəsi çox aşağıdır. Münasibətlərin qurulması üçün ilk növbədə hüquqları bilmək lazımdır. Ylnız bundan sonra nələrsə etmək olar", - deyə o əlavə edib.Kamran Əsədov bildirir ki, uşaqlar müxtəlif ailələrdən gəldikləri üçün müəllimlər gündəlik peşə fəaliyyətində müəyyən problemlərlə qarşılaşırlar və bunu aşmaq üçün benəlxalq konvensyaları, Azərbaycan qanunvericiliyini bilməlidir.Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva “Uşaq müdafiəsi: dialoq mühiti və qurumlararası əməkdaşlıq” mövzusunda konfransda çıxışı zamanı bildirib ki, bəzi məktəb rəhbərləri və müəllimlər ən adi uşaq hüquqlarını bilmir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42403/57/424035789_140:0:861:541_1920x0_80_0_0_4ab7b1c33f2ce87447a24d7dc19648ab.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
müəllim, uşaq, hüquq
Uşaq hüquqlarını bilməyən müəllimlər
Azərbaycanda direktorlar və bəzi müəllimlərin hüquqi bilikləri zəifdir
BAKI, 29 oktyabr — Sputnik. Müəllimlər çox zamanlar müəyyən hüquqları bilmirlər. Müəllimlər arasında maarifləndirici təlimlərin, tədbirlərin keçirilməsinə ciddi şəkildə ehtiyac var. Ailə, Qadın və Uşaq Problemləri üzər Dövlət Komitəsinini rəsmisi Aynur Sofiyeva da bildirir ki, bəzi direktorlar və müəllimlər uşaq hüquqlarını bilmirlər, bu tam haqlı bir fikirdir. Müəllim sifi idarə etməyi bacarmalıdır, onlaırn davranışına nəzarət etməlidir. Hər bir müəllim uşaq hüuquqlaırndna xəbərdar olmalıdır.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin məsləhətçisi, ekspert Aynur Veysəlova Sputnik Azərbaycan-a açıqlamasında belə deyib.
O qeyd edir ki, uşaqlar problemlə üzlləşərkən də müəllim hüquqi baxımdan onlara istiqamət verməlidir və bunu bacarmalıdır.
Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, müəllimlərin qanunvericilikə bağlı bilik və bacarıqları kifayət qədər aşağıdır: "Çox təəssüflər olsun ki, bu istiqmaətdə keçirilən təlimlər formal xarakter daşıyır. Məktəbdaxili münaqişələrin baş verməsinin əsas səbəblərindən biri oradakı rəhbər heyətin peşəkarlığının aşağı səviyyədə olması, qanunvericiliyi bilməməsi ilə bağlıdır. Təhsildə yerli və beynəlxalq konvensiyalar da nəzərə alınmalıdır".
"Bu sahədə ciddi problemlər görürük. Təəssüf ki, hüquq istiqamətində bilik səviyyəsi çox aşağıdır. Münasibətlərin qurulması üçün ilk növbədə hüquqları bilmək lazımdır. Ylnız bundan sonra nələrsə etmək olar", - deyə o əlavə edib.
Kamran Əsədov bildirir ki, uşaqlar müxtəlif ailələrdən gəldikləri üçün müəllimlər gündəlik peşə fəaliyyətində müəyyən problemlərlə qarşılaşırlar və bunu aşmaq üçün benəlxalq konvensyaları, Azərbaycan qanunvericiliyini bilməlidir.
Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva “Uşaq müdafiəsi: dialoq mühiti və qurumlararası əməkdaşlıq” mövzusunda konfransda çıxışı zamanı bildirib ki, bəzi məktəb rəhbərləri və müəllimlər ən adi uşaq hüquqlarını bilmir.