Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

TƏBİB: Bakı-Ələt yolundakı qəzada 23 nəfər xəsarət alıb

© Sputnik / Murad OrujovTƏBİB avtomobili, arxiv şəkli
TƏBİB avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.10.2022
Abunə olmaq
164 saylı marşrut xətti üzrə hərəkət edən “İsuzu” markalı sərnişin avtobusu aşıb.
BAKI, 29 oktyabr - Sputnik. Bakı-Ələt yolunda baş verən qəza ilə bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 10 həkim briqadası hadisə yerinə cəlb edilib.
TƏBİB-dən bildirilib ki, hadisə nəticəsində xəsarət alan 23 nəfər (19-u qadın, 4-ü kişi olmaqla) həkim briqadaları tərəfindən tibb müəssisələrinə təxliyə edilib.
Xəsarət alanlara zəruri tibbi xidmətlər göstərilib. Onların müvafiq şöbələrdə müalicələrinə davam edilir.
Qeyd edək ki, xəsarət alanlara əsasən, bədənin küt travması, döş qəfəsinin küt travması, başın ənsə nahiyəsinin əzilməsi, sağ çiynin əzilməsi, sol ayağın küt travması və s. diaqnozlar qoyulub.
Onların vəziyyətlərilə bağlı əlavə məlumat veriləcək.
Xəbər lenti
0