CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İstirahət günü hava necə olacaq

© Sputnik / Murad OrujovBakıda yağışlı hava, arxiv şəkli
Bakıda yağışlı hava, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.10.2022
Abunə olmaq
Bəzi rayonlarında havanın əsasən yağmursuz olzczqğı, lakin gecə qısamüddətli yağış yağacağı proqnozlaşdırılır.
BAKI, 29 oktyabr - Sputnik. Oktyabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 12-14° isti, gündüz 17-19° isti, Bakıda gecə 12-14° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava müşahidə olunacaq. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 9-14° isti, gündüz 19-24° isti, dağlarda gecə 0-4° isti, gündüz 5-10° isti olacaq.
Xəbər lenti
0