Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Silah və hərbi texnikanın payız-qış rejiminə keçidi başa çatıb - MN

© AR Ministry of DefenceSilah və hərbi texnika payız-qış mövsümündə istismar rejiminə keçirilir
Silah və hərbi texnika payız-qış mövsümündə istismar rejiminə keçirilir - Sputnik Azərbaycan, 1920, 29.10.2022
Abunə olmaq
BAKI, 29 oktyabr - Sputnik. Cari ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunda silah, döyüş və xüsusi texnikanın istismarının payız-qış mövsümünə keçirilməsi üzrə kompleks tədbirlər başa çatıb. Bu barədə Müdafiə Nazirliyinin çəlumatında deyilir.
Bildirilir ki, Silah və texnikanın, o cümlədən aviasiya vasitələrinin payız-qış mövsümündə fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə bütün hərbi hissələr mərkəzləşdirilmiş qaydada yanacaq-sürtgü materialları, eləcə də digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin edilib.
Yüksək dağlıq və sərt iqlim şəraitində dislokasiya olunan bölmələrimizə normadan əlavə təminat və təchizat vasitələri ayrılıb.
Döyüş növbətçiliyi aparan şəxsi heyətin ərzaq təminatı, isti geyim və yanacaq ehtiyatı, silah və sursat təchizatı normaya uyğun olaraq bölmələrə çatdırılıb.
Azərbaycan Ordusunun bütün bölmələrində silah və hərbi texnikanın payız-qış mövsümündə istismar rejiminə keçidi tam təmin edilib.
Xəbər lenti
0