DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

MAQATE rəhbəri "çirkli bomba" ilə bağlı məlumatları yoxlamağa başlayacağı vaxtı açıqladı

© Sputnik / Константин МихальчевскийСотрудники МАГАТЭ на Запорожской атомной электростанции
Сотрудники МАГАТЭ на Запорожской атомной электростанции - Sputnik Azərbaycan, 1920, 29.10.2022
Abunə olmaq
Baş direktor bildirib ki, yaxın bir neçə gün ərzində beynəlxalq agentliyin ekspertləri Ukraynaya gedəcəklər.
BAKI, 29 oktyabr — Sputnik. Yaxın günlərdə MAQATE Ukraynada "çirkli bomba"nın hazırlanması ilə bağlı məlumatları yoxlamağa başlayacaq. Bunu agentliyin baş direktoru Rafael Qrossi jurnalistlərə deyib.
Onun sözlərinə görə, müfəttişlər artıq ölkəyə göndərilir.
Mütəxəssislərin nə vaxt işə başlayacağı ilə bağlı suala cavabında Qrossi yaxın bir neçə gün ərzində yoxlamalara başlanılacağını deyib.
"Biz sentyabr ayında həmin obyektlərdən birinə baş çəkdik və yenidən ziyarət edəcəyik", - deyə o bildirib.
MAQATE rəhbəri qeyd edib ki, müfəttişlər adətən zənginləşdirilmiş uran, plutonium və toriumu axtarırlar.
"Bu halda müəyyən izotoplardan - sezium və stronsiyalardan bəhs olunur. Biz başqa işlər görəcəyik ", - deyə baş direktor qeyd edib.
Bu yaxınlarda Rusiya Müdafiə Nazirliyində bildirib ki, Kiyev "çirkli bomba"nın partlamasını yüksək zənginləşdirilmiş urandan istifadə olunan Rusiyanın zəif gücə malik olan nüvə silahının ştatsız işə salınması kimi ört-basdır etməyi planlaşdırır. Radioaktiv izotopların havaya buraxılması Avropadakı Beynəlxalq Monitorinq Sisteminin sensorları tərəfindən qeydə alınacaq ki, bu da Zelenskinin ofisində gözlənildiyi kimi Kremli kütləvi qırğın silahlarından istifadə etməkdə ittiham etməyə imkan verəcək.
Oxşar üsullardan artıq Qərbin Suriyada "Ağ dəbilqələr" hökumət qoşunları tərəfindən kimyəvi silah tətbiqi haqqında təbliğat videoları çəkərkən istifadə olunurdu.
Xəbər lenti
0