https://sputnik.az/20221029/ag-evin-kecmis-emekdasi-abs-ordusu-ukraynaya-girerse-rusiya-onu-mehv-edecek-447977518.html
Ağ Evin keçmiş əməkdaşı: ABŞ ordusu Ukraynaya girərsə, Rusiya onu "məhv edəcək"
Ağ Evin keçmiş əməkdaşı: ABŞ ordusu Ukraynaya girərsə, Rusiya onu "məhv edəcək"
Sputnik Azərbaycan
Kreyq Roberts hesab edir ki, Amerikanın "hay-küy salan qartallar" elit diviziyası Rusiya piyadalarının ağır silahları ilə məhv ediləcək. 29.10.2022, Sputnik Azərbaycan
2022-10-29T10:00+0400
2022-10-29T10:00+0400
2022-10-29T10:00+0400
ağ ev
dünya xəbərləri
ukrayna
abş
rusiya
ordu
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1c/443418158_0:0:3071:1728_1920x0_80_0_0_f65af8ab9637d40160c0312eddb4ac09.jpg
BAKI, 29 oktyabr — Sputnik. Rusiya ordusu ABŞ-ın "hay-küy salan qartallar" hava-desant qoşunlarının 101-ci diviziyasının Ukrayna ərazisində peyda olacağı təqdirdə onları məhv edə bilər. Bunu Ronald Reyqan administrasiyasının nəzdindəki Ağ Evin keçmiş əməkdaşı Pol Kreyq Roberts öz saytında qeyd edib.Onun fikrincə, Rusiya Silahlı Qüvvələri qarşısında USQ-nin məğlubiyyəti ilə üzləşən Vaşinqton Rumıniyada dislokasiya olunmuş bölməni döyüş meydanına göndərməyə cəhd edə bilər."Əgər onlar bunu etsələr nə olacaq? Adətən hava-desant qoşunlarına piyadaların ağır silahları çatmır. Yüngül silahlanmış hava-desant diviziyası, yəqin ki, Rusiya piyadalarının ağır silahları ilə sarsıdıla bilər", - deyə Kreyq Roberts bildirib.O, Ağ Evin öz desantçılarının məhv edilməsinə cavab olaraq bahisləri qaldırmalı olacağını fərz edib."Vaşinqton elit diviziyanın məğlubiyyətinə və itkisinə necə reaksiya verəcək? Düşünürəm ki, biz hamımız başa düşürük ki, nəticə ABŞ tərəfindən vəziyyətin gərginləşdirilməsi olacaq", - deyə nəşrin müəllifi qeyd edib.CBS telekanalının məlumatına görə, ABŞ ötən həftə Rumıniyada təlimdə iştirak etmək üçün "hay-küy salan qartallar" diviziyasını yerləşdirib. Bölmə komandirinin müavini Con Lubas bildirib ki, döyüşçülər "sərhədi keçib Ukrayna ərazisinə daxil olmağa hazırdırlar". NATO-nun daimi nümayəndəsi Culianna Smit vurğulayıb ki, Kiyevə silah, kəşfiyyat, logistika yardımı edilir, lakin canlı qüvvə yardımı edilmir.ABŞ hakimiyyəti dəfələrlə bildirib ki, amerikalı hərbçilər Ukrayna ərazisində hərbi əməliyyatlarda iştirak etməyəcəklər. Rusiya Prezidenti Vladimir Putin NATO qoşunlarının Rusiya ordusu ilə toqquşması halında ciddi nəticələrlə bağlı xəbərdarlıq edib. O, hadisələrin bu cür inkişafının qlobal fəlakətə gətirib çıxaracağını qeyd edib, lakin Qərb liderlərinin belə addımlar atmayacaq qədər ağıllı olacağına ümid etdiyini də bildirib.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1c/443418158_193:0:2924:2048_1920x0_80_0_0_e9266d32c2509e0629519bbfdbbf1e24.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ağ ev, ukrayna, abş, rusiya, ordu
ağ ev, ukrayna, abş, rusiya, ordu
Ağ Evin keçmiş əməkdaşı: ABŞ ordusu Ukraynaya girərsə, Rusiya onu "məhv edəcək"
Kreyq Roberts hesab edir ki, Amerikanın "hay-küy salan qartallar" elit diviziyası Rusiya piyadalarının ağır silahları ilə məhv ediləcək.
BAKI, 29 oktyabr — Sputnik. Rusiya ordusu ABŞ-ın "hay-küy salan qartallar" hava-desant qoşunlarının 101-ci diviziyasının Ukrayna ərazisində peyda olacağı təqdirdə onları məhv edə bilər. Bunu Ronald Reyqan administrasiyasının nəzdindəki Ağ Evin keçmiş əməkdaşı Pol Kreyq Roberts öz saytında qeyd edib.
Onun fikrincə, Rusiya Silahlı Qüvvələri qarşısında USQ-nin məğlubiyyəti ilə üzləşən Vaşinqton Rumıniyada dislokasiya olunmuş bölməni döyüş meydanına göndərməyə cəhd edə bilər.
"Əgər onlar bunu etsələr nə olacaq? Adətən hava-desant qoşunlarına piyadaların ağır silahları çatmır. Yüngül silahlanmış hava-desant diviziyası, yəqin ki, Rusiya piyadalarının ağır silahları ilə sarsıdıla bilər", - deyə Kreyq Roberts bildirib.
O, Ağ Evin öz desantçılarının məhv edilməsinə cavab olaraq bahisləri qaldırmalı olacağını fərz edib.
"Vaşinqton elit diviziyanın məğlubiyyətinə və itkisinə necə reaksiya verəcək? Düşünürəm ki, biz hamımız başa düşürük ki, nəticə ABŞ tərəfindən vəziyyətin gərginləşdirilməsi olacaq", - deyə nəşrin müəllifi qeyd edib.
CBS telekanalının məlumatına görə, ABŞ ötən həftə Rumıniyada təlimdə iştirak etmək üçün "hay-küy salan qartallar" diviziyasını yerləşdirib. Bölmə komandirinin müavini Con Lubas bildirib ki, döyüşçülər "sərhədi keçib Ukrayna ərazisinə daxil olmağa hazırdırlar". NATO-nun daimi nümayəndəsi Culianna Smit vurğulayıb ki, Kiyevə silah, kəşfiyyat, logistika yardımı edilir, lakin canlı qüvvə yardımı edilmir.
ABŞ hakimiyyəti dəfələrlə bildirib ki, amerikalı hərbçilər Ukrayna ərazisində hərbi əməliyyatlarda iştirak etməyəcəklər. Rusiya Prezidenti Vladimir Putin NATO qoşunlarının Rusiya ordusu ilə toqquşması halında ciddi nəticələrlə bağlı xəbərdarlıq edib. O, hadisələrin bu cür inkişafının qlobal fəlakətə gətirib çıxaracağını qeyd edib, lakin Qərb liderlərinin belə addımlar atmayacaq qədər ağıllı olacağına ümid etdiyini də bildirib.