CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İtkin düşənlərə məxsus olması ehtimal olunan meyit qalıqları ekshumasiya edilib

© Sputnik / Murad OrujovAzərbaycan hərbçisi, arxiv şəkli
Azərbaycan hərbçisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.10.2022
Abunə olmaq
Həmin meyit qalıqları ilə bağlı 300-ə yaxın məhkəmə-tibbi və 280-dən çox molekulyar-genetik ekspertizalar təyin olunaraq icraya yönəldilib.
BAKI, 28 oktyabr — Sputnik. Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə məxsus olması ehtimal olunan 450-dən çox insan meyitinin qalıqları çıxarılaraq ekshumasiya edilib.
Bu barədə Hərbi Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, həmin meyit qalıqları ilə bağlı 300-ə yaxın məhkəmə-tibbi və 280-dən çox molekulyar-genetik ekspertizaları təyin olunaraq icraya yönəldilib. Eləcə də şahidlər dindirilib və digər zəruri istintaq-əməliyyat tədbirləri yerinə yetirilib.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xatırladaq ki, bu ilin oktyabr ayının 4-də Xocavəndin Edilli kəndində daha bir kütləvi məzarlıq aşkarlanıb. Məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb. Əşyalarla birlikdə aşkarlanan skeletlərin geyimlərindən hərbçi olduqları bilinir. Bundan başqa, skeletlərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlandığı məlum olub.
Qeyd edək ki, bu ilin fevral ayında da Xocavəndin Edilli kəndində kütləvi məzarlıq aşkarlanmışdı.
Xəbər lenti
0